18 aprel 2024, 13:43

Ceyhun Əhmədovdan, Qəbələ, Azərbaycan

Hörmətli cənab Prezident!

Qəbələ rayonuna son səfəriniz rayon ictimaiyyəti, xüsusən də səhiyyə işçiləri tərəfindən rəğbətlə qarşılanmışdır. Tikintisi yeni başa çatmış Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Sizin tərəfinizdən aprelin 9-da rəsmi açılışının edilməsi nəinki Qəbələnin, həmçinin regionun səhiyyəsinə böyük töhfədir. Sirr deyil ki, Azərbaycan səhiyyəsinə olan diqqət və qayğınız son illər ərzində Qəbələ səhiyyəsindən də yan keçməmişdir. Qəbələ Rayon Mərkəzi Xəstəxanası son 15 ildə rayonda istifadəyə verilən 3-cü böyük səhiyyə müəssisəsidir. Belə yüksək səviyyəli səhiyyə müəssisəsinin fəaliyyət göstərməsi insanların daha yaxşı tibbi xidmət almasına şərait yaradacaqdır.

Cənab Prezident, rayonumuzun səhiyyə işçiləri adından və şəxsən öz adımdan Sizə dərin təşəkkürümüzü bildirir, möhkəm cansağlığı arzu edirəm.

Hörmətlə,

Ceyhun Əhmədov,

Qəbələ Rayon Mərkəzi Xəstəxanasının direktoru.

Azərbaycan Respublikası, Qəbələ şəhəri.