20 aprel 2024, 17:06

Sədaqət Əliyevadan, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident!

Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı kimi Sizin apardığınız siyasət nəticəsində bu gün Qazax rayonunun 4 kəndinin azad edilməsi barədə razılıq əldə olunması xəbərini aldıq. Bütün xalqımız kimi biz də sevinc və qürur hissi keçiririk. Şəhid vermədən, güllə atılmadan belə bir diplomatik qələbəyə imza atmağınız möhtəşəmdir.

Sizin siyasi təcrübəniz sayəsində Azərbaycan növbəti qələbəni qazandı.

Bir daha Sizinlə fəxr etdik. Var olun!

Hörmətlə,

Əliyeva Sədaqət Əli qızı

Azərbaycan Respublikası, Abşeron rayonu, Masazır kəndi.