22 aprel 2024, 15:41

Vüqar Zeynalovdan, Masallı, Azərbaycan

Əziz və hörməti Prezident.

Siz Azərbaycana rəhbərliyə başladığınız ilk günlərdən dövlətimizin milli maraqlarını, xalqın mənafeyini hər şeydən üstün tutmusunuz, Azərbaycanın tərəqqisi, dünya miqyasında nüfuzunun artması üçün var gücünüzlə çalışmısınız. Geniş dünyagörüşünüz, uzaqgörən siyasətiniz, qətiyyətli qərarlarınız, əvəzolunmaz xidmətlərinizlə Azərbaycanı sürətlə inkişaf edən, mövqeyi getdikcə möhkəmlənən qüdrətli dövlətə çevirmisiniz. Siz qətiyyətli, cəsarətli Lider kimi işğal altındakı torpaqlarımızı azad etdiniz, Azərbaycanı qalib ölkəyə çevirdiniz, xalqımızın əbədi sevgisini qazandınız.

Möhtərəm Prezident, Siz Qazax rayonunun işğal altında olan dörd kəndinin Azərbaycana qaytarılması barədə razılığın əldə edilməsi ilə xalqımıza növbəti dəfə böyük sevinc bəxş etdiniz. Bu, müdrik Lider olaraq Sizin diplomatiyanızın daha bir mühüm qələbəsidir. İnanırıq ki, Sizin ölkəmizə rəhbərliyinizlə bu cür möhtəşəm zəfərlər davamlı olacaqdır. Sizin kimi xalqına daim sevinc bəxş edən, ölkəmizi zirvələrə qaldıran Prezidentimizin olması ilə qürur duyuruq. Sizə minnətdarlığımızı bildirir, cansağlığı, fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirik. Ulu Tanrı Sizə həmişə yar olsun!

Hörmətlə,

Vüqar Zeynal oğlu Zeynalov

Azərbaycan Respublikası, Masallı rayonu.