Ceyhun Məmmədovdan, Kiyev, Ukrayna
Hörmətli cənab Prezident.
Tarixi dəyişikliklər dövründə müdrik rəhbərliyiniz və qətiyyətli addımlarınız sayəsində birlik və qələbə arzusu ilə birləşən bütün azərbaycanlılar adından Sizə dərin minnətdarlığımı bildirirəm.
Birlik və qələbə coşqusu ilə birləşən Azərbaycan xalqı dünyanın təəccüb və heyranlıqla baxan gözləri qarşısında əsl möcüzə yaradır. Bu da, ilk növbədə, xalqı qələbələrə aparan müdrik rəhbər kimi Sizin xidmətlərinizdir! Azərbaycanda baş verən hadisələrin miqyasını və əhəmiyyətini qiymətləndirmək çətindir. Həqiqətən, ölkənin və bütün regionun tarixində yeni bir dövr başlayır. Baş verən hadisələr, şübhəsiz ki, adi siyasi təfəkkürün hüdudlarına sığmır.
Bu, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu kursun uğurlu davamıdır. Bu məsələdə Sizin müdrikliyiniz və qətiyyətiniz ən yüksək tərifə layiqdir.
Hörmətli cənab Prezident, son vaxtlar ölkəmizdə cərəyan edən siyasi hadisələr təkcə Azərbaycan, Qafqaz və Avropa xalqlarının deyil, bütün dünyanın gözləntilərini üstələyir. Dünyanın münaqişələrə büründüyü bir vaxtda torpaqların dinc yolla qaytarılması və uzun illər davam edən problemlərin həlli ən yüksək siyasi məharət tələb edən bacarıqdır.
Bəlkə də Azərbaycanda baş verənlərin əhəmiyyətini hələ tam dərk etmirik, özlərini dünyanı idarəçiləri hesab edənlər isə hadisələrin mahiyyətini təzəcə anlamağa başlayırlar.
Biz hər gün müharibədə ən cəsur oğul və qızlarını itirən Ukrayna xalqına məhz bu cür siyasi məharət və problemlərin müdrik həllini arzulayırıq. Qoy Azərbaycan nümunəsi ən mürəkkəb münaqişələrin həllində ümid işığına çevrilsin.
Bizim üçün etdiyiniz hər şeyə - Liderliyinizə, müdrikliyinizə və qətiyyətinizə görə təşəkkür edirəm.
Dərin hörmətlə,
Ceyhun Məmmədov, Kiyev Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü.
Ukrayna, Kiyev şəhəri.