23 aprel 2024, 17:00

Emin Abbasovdan, Naxçıvan, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Naxçıvan şəhər sakini, azərbaycanlı olaraq o qədər qürurluyam, o qədər fərəh hissi keçirirəm ki, bunu sözlə ifadə etmək olmur.

Ümummilli Liderimiz Heydər Əliyevin layiqli davamçısı kimi Sizin apardığınız siyasət nəticəsində Qazax rayonunun 4 kəndinin azad edilməsi barədə razılıq əldə olunması xəbərini aldıqda sevinc hissimin həddi-hüdudu olmadı. Şəhid vermədən, güllə atılmadan, düşünülmüş strateji planla belə bir diplomatik uğura imza atmağınız sözün həqiqi mənasında möhtəşəmdir və dövlətimizin növbəti qələbəsidir.

Sizin kimi qətiyyətli Liderimiz olduğu üçün böyük fəxarət hissi duyuram. Ulu Öndər Heydər Əliyevin dediyi kimi: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Çox təşəkkür edirəm cənab Prezidentimiz.

Hörmətlə,

Abbasov Emin Bəhlul oğlu.

Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhər.