24 aprel 2024, 11:10

Abdulqədir Ansuxskiydən, Balakən, Azərbaycan

Möhtərəm cənab Prezident.

2024-cü ilin aprelin 19-da Qazax rayonunun Aşağı Əskipara, Xeyrimli, Bağanis Ayrım, Qızılhacılı 4 qeyri-anklav kəndlərinin bir güllə atılmadan, qan tökülmədən ölkəmizə qaytarılması ilə bağlı əldə olunmuş razılıq Sizin məqsədyönlü siyasətinizin nəticəsidir. 44 günlük Vətən müharibəsindən və uğurlu antiterror tədbirlərindən sonra belə bir razılığın əldə olunması Sizin Azərbaycan xalqına bəxş etdiyiniz növbəti qələbədir. Vədinizə və sözünüzə sadiq qalaraq Azərbaycanın 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarını geri qaytardınız. Sizə minnətdarlığımı bildirirəm.

Cənab Prezident, ölkəmizin daha da güclənməsi və xalqımızın xoşbəxt gələcəyi naminə yorulmaz fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayırıq. Biz Sizinlə fəxr edirik. Allah Sizi qorusun!

Yaşasın Azərbaycan Respublikası!

Yaşasın Ali Baş Komandan!

Yaşasın Azərbaycan Xalqı!

Yaşasın Şanlı Ordumuz!

Hörmətlə,

“Balacans” MMC-nin kollektivi adından,

Abdulqədir Ansuxskiy və ailə üzvləri.

Azərbaycan Respublikası, Balakən rayonu.