24 aprel 2024, 13:58

Vaqif Şadlinskidən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Vətənimizin ərazi bütövlüyünün bərpası, müqəddəs Azərbaycan torpağının hər bir guşəsində üçrəngli bayrağımızın qürurla dalğalanması Sizin mətin siyasi iradənizin, tükənməz enerjinizin, dahi sərkərdəlik strategiyanızın və siyasi müstəvidə apardığınız mükəmməl fəaliyyətin nəticəsi və təcəssümdür.

Bütün dünya tarixi ədalətin bərpasını görür - hərbi cinayətkarlar mənfur addımlarına görə cavab verir, Vətənimiz və xalqımızla güc mövqeyindən danışmağın qeyri-mümkünlüyü, absurd bır fikir olduğu beynəlxalq arenada hamıya tam aydın olmuşdur. Şərqdən Qərbə, Şimaldan Cənuba qədər hər bir kəs çox gözəl anlamışdır ki, Azərbaycanımızın bu günü və gələcəyi müzəffər Ali Baş Komandanımızın əlindədir. Xalqımız xoşbəxt həyatını qurur, işğaldan azad olmuş torpaqlarımızda quruculuq və abadlıq işləri tam intensivliyi ilə həyata keçirilir. Xalqımızın qüruru əsrlər boyu belə bir yüksək səviyyədə olmamış, heç bir rəhbər öz xalqı tərəfindən Sizin sevildiyiniz qədər sevilməmişdir. Azərbaycan Respublikası Prezidentinin daxili və xarici siyasəti Vətənə, xalqa məhəbbət, insanların bu gününə və gələcəyinə qayğı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin bütün arzularının gerçəkləşdirilməsi üzərində qurulmuşdur.

Əziz Prezidentimiz, tarixi günlər, dünyada misli görünməmiş, analoq tanımayan parlaq qələbələr Sizin dahiyanə strategiyanızın, fövqəlbəşər düşüncənizin nəticəsi olmaqla davam etməkdə, artmaqdadır. Ulu Tanrıya şükürlər olsun ki, bu günlər də qələbə sevinci yaşayırıq, vətəndaşlarımızın çöhrəsindən sevinc, əskik olmur.

Mənfur düşmənin və onun havadarlarının xain fəaliyyəti nəticəsində müqəddəs Azərbaycan torpağından ayrı düşmüş 4 kəndimiz Vətənimizə qayıtdı. Qarşı tərəf Prezidentimizin dünya siyasi aləmində nüfuzunu və mətin iradəsini, qurucusu olduğu Ordunun qüdrətini qəbul etməyə məcbur idi və bu, belə də oldu. Dövlətimiz Sizin müdrik siyasətiniz nəticəsində o qədər qüvvətlənmiş və elə bır zirvəyə yüksəlmişdir ki, hərb məkanında olduğu kimi, diplomatik aləmdə də qələbələrimiz zehinlərı, şüurları fəth edir.

Möhtərəm cənab Prezident, ürəklərimiz fəxrlə, qürurla çırpınır, tarixi ədalətin bərqərar olması kimi böyük bır missiyanı Siz - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həyata keçirmişdir. Yaşadığımız tarixi dövrün qalibiyyət dövrü olduğu, Vətən torpaqlarının bütövlüyünün, tamlığının əbədi bərpası üçün Sizə borcluyuq. Hər birimiz ən ülvi dualarımızla ulu Tanrıdan Sizə və ailə üzvlərinizə firavanlıq və səadət diləyirik. Xalqımızın öz Prezidentinə sevgisi, onun ideyalarına sədaqəti hüdudsuzdur.

Ulu Tanrı hər zaman Sizi və ailənizi qorusun, ürəklərimiz Sizinlə döyünür.

Hörmətlə,

Azərbaycan Respublikasi Prezidentinin fərdi təqaüdçüsü, “Şöhrət” ordenli, Əməkdar elm xadimi, professor, Nəsimi rayon Ağsaqqallar Şurasının və “Anatom, Histoloqlar

və Embrioloqlar Elmi Cəmiyyəti" İctimai Birliyin sədri.

Vaqif Şadlinski.

Azərbaycan Respublikası, Bakı şəhəri.