25 aprel 2024, 12:40
İslam Şabanovdan, Lerik, Azərbaycan
Hörmətli cənab Prezident.
Ulu Öndərimiz Heydər Əliyevin və Sizin müdrik siyasətinizi həmişə dəstəkləmişəm. Çünki bu siyasət xalqımızı bəlalardan xilas edib, tərəqqi yolu ilə irəli aparıb. Qazax rayonunun işğalda olan dörd kəndini də azad etməyiniz böyük sevincimizə səbəb olmuşdur. Sizinlə qurur duyuruq.
Siz bizim məğlubedilməz Ali Baş Komandanımız, əziz və əvəzolunmaz Prezidentimizsiniz.
Əldə etdiyiniz qələbələrin xəbərlərini eşitdikcə ürəyim açılır, özümü çox gümrah hiss edirəm.
Allah Sizi və ailənizi qorusun.
Hörmətlə,
Şabanov İslam.
Azərbaycan Respublikası, Lerik rayonu, Hücü kəndi.