26 aprel 2024, 11:05

Ceyhun Rəhimovdan, Qazax, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Qazax rayonunun işğal altında olan dörd kəndinin Azərbaycana qaytarılması barədə razılığın əldə edilməsi xəbəri rayonumuzun sakinlərini çox sevindirdi.

Kəndlərimizin bir güllə atılmadan azad olunması Sizin növbəti siyasi uğurlarınızdan biridir. Həqiqətən dövlətimizin güclü olması və dünyada nüfuzunun yüksəlməsi məhz Sizin uzaqgörən fəaliyyətinizin nəticəsidir.

Günü-gündən çiçəklənən Qazax rayonu, durmadan qüdrətlənən Azərbaycan üçün Sizə minnətdarıq. Sizin xidmətləriniz misilsiz və ölçüyəgəlməzdir.

Sizinlə - xalqımızın qalib Sərkərdəsi, Müzəffər Ali Baş Komandanı ilə qürur duyduğumuzu bildiririk.

Allah Sizi, Müzəffər Ordumuzu və xalqımızı qorusun.

Hörmətlə,

Rəhimov Ceyhun Faiq oğlu.

Azərbaycan Respublikası, Qazax rayonu, Bala Cəfərli kəndi.