27 aprel 2024, 11:00

Eylaz Suleymanovdan, Naxçıvan, Azərbaycan

Salam, cənab Prezident.

Ölkə vətəndaşlarına, eləcə də mənə və ailə üzvlərimə göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edirəm.

Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi və həyat səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər öz müsbət nəticələrini verir. Təqaüdlərin, pensiyaların, sosial müavinətlərin ildən-ilə artırılması, özünüməşğulluq proqramının tətbiq edilməsi əhalinin güzəranının yaxşılaşmasına gətirib çıxarmışdır.

Dövlətimiz və xalqımız üçün gördüyünüz işlərə görə Sizə “çox sağ olun!” deyirəm, cənab Prezident.

Allah Sizə uzun və sağlam ömür, daim gözəl həyat bəxş eləsin. Amin!

Hörmətlə,

Eylaz Suleymanov

Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri.