29 aprel 2024, 17:27

Samirə Əsədidən, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Bölgələrimizin inkişafı ilə bağlı qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramları çərçivəsində tarixi Gəncəmiz də gündən-günə gözəlləşərək simasını dəyişmişdir. Bütün bunlar dövlətin iqtisadi qüdrətinin və yüksəlişinin göstəricisidir.

Cənab Prezident, şəhərimizdə görülən abadlıq-quruculuq işlərinə görə şəhər sakinləri adından Sizə səmimi-qəlbdən təşəkkür edirəm.

Ulu Tanrı Sizi hifz etsin!

Hörmətlə,

Əsədi Samirə Firuddin qızı.

Azərbaycan Respublikası, Gəncə şəhəri.