01 may 2024, 11:40

Səidə Salmanovadan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlərin əsas məqsədi ölkənin iqtisadi artım tempinin davamlılığının təmin olunması ilə yanaşı, həm də əhalinin sosial rifahının yüksəldilməsidir. Yolların tikintisi və yenidən qurulması, su, qaz, elektrik təsərrüfatlarının yenilənməsi, müasirləşdirilməsi və bu kimi digər faktlar bölgələrimizin inkişafının sürətləndirilməsinə rəvac verir.

Cənab Prezident, Sizin Gəncəyə səfəriniz zamanı şəhər stadionunun təməlinin qoyulması, Gəncə İdman Sarayının açılışı, eyni zamanda, Ekoloji Park Kompleksinin tikintisi ilə tanışlıq şəhərimizin tarixində əlamətdar hadisə kimi qaldı. Tarixi şəhərimiz olan Gəncənin inkişafına göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Salmanova Səidə Nizami qızı.

Azərbaycan Respublikası, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi.