01 may 2024, 13:33

Esmira Nəbiyevadan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu gün Sizin diqqət və qayğınız sayəsində Gəncə şəhəri tarixi, mədəni şöhrətini bərpa edərək inkişaf yolunda inamla addımlayır.

Respublikamızın bütün sahələrdə əldə etdiyi uğurlar bir Azərbaycan vətəndaşı olaraq məni də çox sevindirir və qürurlandırır.

Sizin apardığınız məqsədyönlü, müdrik daxili və xarici siyasətiniz sayəsində əhalinin sosial-rifah halı yaxşılaşır, ölkəmizin dünya siyasi arenasında nüfuzu gündən-günə artır və beynəlxalq mötəbər tədbirlərə ev sahibliyi edirik. Bütün bunlar Ulu Öndər Heydər Əliyevin alternativsiz və layiqli davamçısı olaraq Sizin yorulmaz və əzmkar fəaliyyətiniz sayəsində mümkün olmuşdur.

Cənab Prezident, bir Gəncə sakini olaraq Sizə dərin ehtiramla təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Ulu Tanrı Sizi və xalqımızı qorusun!

Hörmətlə,

Nəbiyeva Esmira İslam qızı.

Azərbaycan Respublikası, Gəncə şəhəri.