02 may 2024, 17:50

Sərxan Musayevdən, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezidentim!

Suverenliyi və ərazi bütövlüyü məhz Sizin sayənizdə bərpa olunmuş və dünya arenasında söz və qüdrət sahibi olmuş Azərbaycanımın bugünkü inkişafına və yüksək dirçəliş yoluna qədəm qoymasına görə qədim Nizami yurdu və qəhrəman Cavad xan eli olan bütün Gəncə şəhər sakinləri adından Sizə “hər zaman var olasınız!” deyirik.

Şəhərimizin inkişafında və gözəlləşməsində Sizin rolunuz böyükdür. Son vaxtlarda istifadəyə verilən Gəncə İdman Sarayı idmançılar üçün sevimli məkana çevrilmişdir. Yeni təməli qoyulan şəhər stadionunun da açılışını səbirsizliklə gözləyirik.

Gəncə şəhərinin yeniyetmə və gəncləri, idman ictimaiyyəti adından Sizə sonsuz təşəkkürlərimi ifadə edirəm.

Hörmətlə,

Musayev Sərxan

Azərbaycan Respublikası, Gəncə şəhəri.