“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

01 may 2024, 14:28

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 2 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddənin on üçüncü abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda on dördüncü – iyirminci abzaslar əlavə edilsin:

“qoşulma nöqtəsi – tikinti obyektinin su təchizatı və tullantı sularının axıdılması sistemlərinə fiziki qoşulma yeri;

fiziki qoşulma – sifarişçinin su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə hazır vəziyyətə gətirilməsi üçün çəkilmiş su və kanalizasiya xətlərinin su təchizatı və kanalizasiya müəssisələrinin təyin etdiyi qoşulma nöqtəsinə birləşdirilməsi;

qoşulma müqaviləsi – tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulması şərtlərini özündə əks etdirən sənəd;

qoşulma xidmətinə görə ödəniş – bu Qanunun 24-1.3-cü və 38.3-cü maddələrində nəzərdə tutulmuş tikinti obyektləri üçün layihələndirilməyə, tikinti-quraşdırma işlərinə və mövcud şəbəkəyə su təchizatı və kanalizasiya müəssisələri tərəfindən fiziki qoşulmaya görə (istifadə olunan mal-materiallara çəkilmiş xərclər də daxil olmaqla), bu Qanunun 24-1.4-cü və 38.4-cü maddələrində nəzərdə tutulmuş tikinti obyektləri üçün isə sifarişçinin seçimi ilə su təchizatı və kanalizasiya müəssisələri tərəfindən texniki şərtlərə uyğun olaraq layihələndirilməyə, tikinti-quraşdırma işləri və su təchizatı və kanalizasiya müəssisələri tərəfindən su təchizatı və tullantı sularının axıdılması sistemlərinə fiziki qoşulmaya görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğ;

tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sistemlərinə texnoloji qoşulması – texniki şərtlərə uyğun olaraq tikinti obyektindən su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma nöqtəsinədək yeni su təchizatı və tullantı sularının axıdılması sistemlərinin layihələndirilməsi və inşası, əlavə tələbatla bağlı layihə sənədlərinin hazırlanması və tikinti-quraşdırma işlərinin görülməsi, tikinti obyektlərinin, su təchizatı və (və ya) kanalizasiya qurğularının su təchizatı və tullantı sularının axıdılması sistemlərinə fiziki qoşulması, yeni su kəmərləri və qurğularının yuyulması, zərərsizləşdirilməsi və sifarişçi ilə su təchizatı və kanalizasiya müəssisələri arasında qoşulma aktının tərtib edilməsi ilə bağlı göstərilən xidmət;

texniki şərtlər – tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulması məqsədilə layihə sənədlərinin (bundan sonra – layihə sənədləri) hazırlanmasına əsas verən, su təchizatının və kanalizasiya xidmətlərinin təmin edilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd;

məişət abonenti – yaşayış evlərində, mənzillərdə, o cümlədən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulan xüsusi təyinatlı yaşayış sahələrində, həmçinin bağlarda məişət ehtiyacları üçün su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə edən fiziki şəxs.”.

2. 23-cü maddə üzrə:

2.1. 1-ci hissədə “onu” sözü “onun tikinti obyektini” sözləri ilə əvəz edilsin və həmin hissənin “b)” abzası ləğv edilsin;

2.2. 4-cü hissə aşağıdakı redaksiyada verilsin:

“4. Tikinti obyektləri (o cümlədən yaşayış binalarının mənzilləri) Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 102-ci maddəsinin tələbləri nəzərə alınmaqla, yalnız su təchizatı sisteminə tam həcmdə qoşulduqdan və sayğaclarla təchiz edildikdən sonra istismara icazənin alınması üçün təqdim edilir.”;

2.3. 5-ci hissədə “İstehlakçının su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulması üçün texniki şərtlərin verilməsi” sözləri “Tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması qaydası” sözləri ilə, “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.

3. 24-cü maddənin 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“2. Tikintiyə icazə icraatı çərçivəsində tikinti obyektlərinin su təchizatı sisteminə qoşulması məqsədilə müraciət Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq edilir. Digər hallarda sifarişçilər su təchizatı sisteminə qoşulmaq üçün su təchizatı müəssisəsinə bilavasitə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə elektron qaydada müraciət edirlər.”.

4. Aşağıdakı məzmunda 24-1-ci maddə əlavə edilsin:

“Maddə 24-1. Tikinti obyektlərinin su təchizatı sisteminə qoşulması

24-1.1. Tikinti obyektlərinin su təchizatı sisteminə qoşulması və ya əlavə tələbatla bağlı qoşulma nöqtəsinin dəyişdirilməsi qoşulma müqaviləsi əsasında həyata keçirilir və sifarişçiyə qoşulma müqaviləsinin tərkib hissəsi olan texniki şərt verilir.

24-1.2. Tikinti obyektlərinin su təchizatı sisteminə qoşulmasına görə sifarişçi su təchizatı müəssisəsinə qoşulma xidmətinə görə ödəniş həyata keçirir.

24-1.3. Məişət abonentlərinin və sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan (100 kubmetr daxil olmaqla mövcud şəbəkədən) mövcud və ya inşa ediləcək tikinti obyektinin su təchizatı sisteminə qoşulması üçün sifarişçi tərəfindən qoşulma xidmətinə görə ödəniş edildikdən sonra texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və tikinti-quraşdırma işləri su təchizatı müəssisələri tərəfindən həyata keçirilir.

24-1.4. Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrdən yuxarı olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin su təchizatı sisteminə qoşulması üçün sifarişçi tərəfindən qoşulma xidmətinə görə ödəniş həyata keçirilir və su təchizatı sistemlərinin layihəsinin hazırlanması və tikinti obyektlərindən su təchizatı sistemlərinə qoşulma nöqtəsinədək tikinti-quraşdırma işləri sifarişçinin seçdiyi podratçı, yaxud su təchizatı müəssisələri tərəfindən sifarişçinin hesabına həyata keçirilir.

24-1.5. Su təchizatı müəssisələri sifarişçinin tikinti obyektinin yerləşdiyi əraziyə ən yaxın məsafədə onun tələbatına və şəhərsalma və tikintiyə dair normativ sənədlərə uyğun su təchizatı sistemlərinin mənbəyini müəyyən etməli və texniki şərtlər verməlidir.”.

5. 25-ci maddə üzrə:

5.1. 1-ci hissənin birinci cümləsində “Su təchizatı sistemi olmayan ərazilərdə yerləşən obyektlərin” sözləri “Tikinti obyektlərinin” sözləri ilə əvəz edilsin və həmin hissənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Sifarişçinin tikinti obyektini su təchizatı sisteminə qoşmaq məqsədilə su təchizatı sisteminin genişləndirilməsi ərazi planlaşdırılması sənədlərinə uyğun olaraq qanunla qadağan edilməyən mənbələr (sifarişçinin vəsaiti istisna olmaqla) hesabına maliyyələşdirilir.”;

5.2. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:

“2. Məişət abonentlərinin və sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan (100 kubmetr daxil olmaqla mövcud şəbəkədən) mövcud və ya inşa ediləcək tikinti obyektinin su təchizatı sisteminə qoşulması paylayıcı şəbəkə və qurğulara qədər məsafə 30 (otuz) metrədək olduqda su təchizatı sisteminin genişləndirilməsinə zərurət olub-olmamasından asılı olmayaraq 30 (otuz) gün müddətində həyata keçirilir.”;

5.3. aşağıdakı məzmuna 3-cü və 4-cü hissələr əlavə edilsin:

“3. Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrdən yuxarı olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin su təchizatı sisteminə qoşulması paylayıcı şəbəkə və qurğulara qədər məsafə 30 (otuz) metrədək olduqda və su təchizatı sisteminin genişləndirilməsinə zərurət olmadıqda 30 (otuz) gün müddətində həyata keçirilir.

4. Bu maddənin 2-ci və 3-cü hissələrində göstərilən hallar istisna olmaqla, mövcud və ya inşa ediləcək tikinti obyektinin su təchizatı sisteminə qoşulması müddəti genişləndirmə işlərinin həcmi nəzərə alınmaqla, tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması qaydası ilə müəyyən olunur.”.

6. 38-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 38. Tikinti obyektlərinin kanalizasiya sisteminə qoşulması

38.1. Tikintiyə icazə icraatı çərçivəsində tikinti obyektlərinin kanalizasiya sisteminə qoşulması məqsədilə müraciət Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq edilir. Digər hallarda tikinti obyektlərinin kanalizasiya sisteminə qoşulması mövcud şəbəkə nəzərə alınmaqla, sifarişçinin bilavasitə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə elektron qaydada müraciətinə uyğun olaraq, qoşulma müqaviləsi əsasında həyata keçirilir və sifarişçiyə müqavilənin tərkib hissəsi olan texniki şərt verilir.

38.2. Tikinti obyektlərinin kanalizasiya sisteminə qoşulması üçün sifarişçi kanalizasiya müəssisəsinə qoşulma xidmətinə görə ödəniş həyata keçirir.

38.3. Məişət abonentlərinin və sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan (100 kubmetr daxil olmaqla mövcud şəbəkədən) mövcud və ya inşa ediləcək tikinti obyektinin tullantı suları sisteminə qoşulması üçün sifarişçi tərəfindən qoşulma xidmətinə görə ödəniş həyata keçirilir və texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və tikinti-quraşdırma işləri kanalizasiya müəssisələri tərəfindən həyata keçirilir.

38.4. Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrdən çox olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin tullantı suları sisteminə qoşulması üçün sifarişçi tərəfindən qoşulma xidmətinə görə ödəniş edilir və tullantı sularının axıdılması sistemlərinin layihəsinin hazırlanması və tikinti obyektlərindən tullantı sularının axıdılması sistemlərinə qoşulma nöqtəsinədək tikinti-quraşdırma işləri sifarişçinin seçdiyi podratçı, yaxud kanalizasiya müəssisələri tərəfindən sifarişçinin hesabına həyata keçirilir.

38.5. Kanalizasiya müəssisələri sifarişçinin tikinti obyektinin yerləşdiyi əraziyə ən yaxın məsafədə olan lazımi tələbata uyğun və şəhərsalma və tikintiyə dair normativ sənədlərə uyğun tullantı sularının axıdılması sistemlərinin mənbəyini müəyyən etməli və texniki şərtlər verməlidir.

38.6. Sifarişçinin tikinti obyektini kanalizasiya sisteminə qoşmaq məqsədilə kanalizasiya sisteminin genişləndirilməsi ərazi planlaşdırılması sənədlərinə uyğun olaraq qanunla qadağan edilməyən mənbələr (sifarişçinin vəsaiti istisna olmaqla) hesabına maliyyələşdirilir.

38.7. Məişət abonentlərinin və sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan (100 kubmetr daxil olmaqla mövcud şəbəkədən) mövcud və ya inşa ediləcək tikinti obyektinin tullantı suları şəbəkəsinə qoşulması paylayıcı şəbəkə və qurğulara qədər məsafə 30 metrədək olduqda kanalizasiya sisteminin genişləndirilməsinə zərurət olub-olmamasından asılı olmayaraq 30 (otuz) gün müddətində həyata keçirilir.

38.8. Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrdən yuxarı olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin tullantı suları şəbəkəsinə qoşulması paylayıcı şəbəkə və qurğulara qədər məsafə 30 metrədək olduqda və kanalizasiya sisteminin genişləndirilməsinə zərurət olmadıqda 30 (otuz) gün müddətində həyata keçirilir.

38.9. Bu Qanunun 38.7-ci və 38.8-ci maddələrində göstərilən hallar istisna olmaqla, mövcud və ya inşa ediləcək tikinti obyektinin kanalizasiya sisteminə qoşulması müddəti genişləndirmə işlərinin həcmi nəzərə alınmaqla, tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması qaydası ilə müəyyən olunur.”.

7. 60-cı maddə üzrə:

7.1. 1-ci hissənin “b)” abzası aşağıdakı redaksiyada verilsin:

“b) qoşulma xidmətinə görə ödəniş;”;

7.2. “c)” abzası ləğv edilsin;

7.3. 5-ci hissə aşağıdakı redaksiyada verilsin:

“5. İstehlakçı bu Qanunla müəyyən edilmiş qaydada qoşulma xidmətinə görə ödənişi su təchizatı və kanalizasiya müəssisəsinə ödəyir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 mart 2024-cü il 

SƏNƏDLƏR Sərəncamlar 18 dekabr 2024
15:54
“Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 fevral tarixli 287 nömrəli Sərəncamında dəyişiklik edilməsi və “Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 oktyabr tarixli 15 nömrəli Sərəncamının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. “Şahdəniz” qaz-kondensat...

18 dekabr 2024, 15:54
SƏNƏDLƏR Sərəncamlar 18 dekabr 2024
14:34
Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur–Abşeron kanalı üzərində yerləşən yeni körpünün tikintisi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                                    

1. Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə...

18 dekabr 2024, 14:34
SƏNƏDLƏR Fərmanlar 17 dekabr 2024
17:02
“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759...

17 dekabr 2024, 17:02
SƏNƏDLƏR Fərmanlar 17 dekabr 2024
17:00
“Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 1 sentyabr tarixli 1436 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı...

17 dekabr 2024, 17:00
SƏNƏDLƏR Fərmanlar 16 dekabr 2024
17:21
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 may...

16 dekabr 2024, 17:21
SƏNƏDLƏR Fərmanlar 16 dekabr 2024
17:19
“Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 76-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 1901 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 dekabr 2024, 17:19