İrşad Abbasovdan, Gəncə, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin titanik əməyinizin, müdrik siyasətinizin, qətiyyətli addımlarınızın nəticəsidir ki, ölkəmiz gündən-günə sürətlə inkişaf edərək, böyük nailiyyətlər əldə edib. Uzaqgörən siyasətiniz nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpası Azərbaycanın gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirdi. İndi başımızı uca tutaraq deyə bilərik ki, müasir Azərbaycan dünyanın güclü, qüdrətli və qalib dövlətlərindən biridir.
Cənab Prezident, bütün çətinliklərə və təzyiqlərə sinə gərərək Siz dünyanı narahat edən qlobal ekoloji problemlərin həlli istiqamətində də mütəmadi fəaliyyət göstərirsiniz. Son dövrlərdə bərpaolunan enerjidən istifadənin ölkəmizdə sürətlə artırılması, yaşıl iqtisadiyyata keçidə diqqət verilməsi və ən nəhayət dünyada çox nüfuzlu ekoloji tədbirlərdən biri olan COP29-a Azərbaycanın ev sahibliyi etməsi, Sizin ətraf mühitin yaxşılaşdırılması ilə bağlı siyasətinizin bariz nümunələrindəndir. Ölkəmizdə bu ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması da bu qəbildən olan tədbirlərdəndir.
Bir ekoloq və bir gəncəli kimi Sizin Gəncəyə son səfərinizdə Gəncə İdman Sarayının açılışında iştirak etməyinizdən, nəinki Azərbaycanda, eləcə də Qafqazda ilk olan Ekoloji Park Kompleksinin tikintisi ilə tanış olmağınızdan və Gəncə Şəhər Stadionunun təməlini qoymağınızdan, eləcə də bu inkişaf tendensiyasının rayonlarımızda da davam etməsindən qürurlanaraq bir daha əmin oldum ki, Azərbaycanımızın sükanı etibarlı əllərdədir.
Ulu Tanrıdan çətin, şərəfli və ağır fəaliyyətinizə Sizə uğurlar diləyir, cansağlığı arzulayıram.
Hörmətlə,
Abbasov İrşad Mehralı oğlu
Azərbaycan Respublikası, Gəncə şəhəri.