Cəmilə Məmmədovadan, Abşeron, Azərbaycan
Hörmətli cənab Prezident.
Mənim həyat yoldaşım mərhum Fəxrəddin Məmmədov hərbçi idi və uzun müddət Vətənə sədaqətlə xidmət edib. O, 2020-ci ildə COVID-19 virusu səbəbindən rəhmətə gedib. O, həmişə dövlətə, Vətənə xidməti əsas amalı hesab edib, ömrünün sonuna kimi doğma yurdumuz üçün əlindən gələni əsirgəməyib.
Mənim iki oğlum var. Onlardan biri hərbidə polkovnik-leytenant, digəri isə dövlət qulluqçusudur.
Bu məktubu yazmaqla ailəm adından Sizə öz minnətdarlığımı bildirirəm. Ona görə ki, mərhum həyat yoldaşımın uzunmüddətli qüsursuz xidmətinə görə bizim mənzil-məişət şəraitimiz yaxşılaşdırılıb.
Uca Allahdan arzu edirəm ki, Sizə uzun ömür, cansağlığı versin.
Hörmətlə,
Cəmilə Məmmədova,
Laçın şəhər sakini.
Azərbaycan Respublikası, Abşeron rayonu, Pirəkəşkül kəndi.