06 may 2024, 12:40

Məleykə Zalovadan, Abşeron, Azərbaycan

Hörmətli Prezident!

Ölkəmizdə əlilliyi olan hər kəsə dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilir, onların reabilitasiyası və cəmiyyətdə yer alması istiqamətində müxtəlif tədbirlər görülür. Sizin böyük qayğınız nəticəsində bəzi kateqoriyalardan olan əlil şəxslər mənzillərlə, avtomobillərlə təmin olunmaqla yanaşı, fəaliyyət qabiliyyəti olan şəxslərin işlə təmini istiqamətində layihələr həyata keçirilir, özfəaliyyət dərnəkləri yaradılır.

Abşeron rayonunda şəhid ailələrinin, müharibə iştirakçılarının, eləcə də müxtəlif əlilliyi olan şəxslərin yaşadıqları yeni yaşayış məntəqəsinə qəsəbə statusunun verilməsini və Sizin müvafiq Sərəncamınızla yerli idarəçiliyin yaradılması tapşırığını sevinclə qarşıladıq.

Göstərdiyiniz diqqətə görə Sizə təşəkkür edir və gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Zalova Məleykə Musa qızı

Azərbaycan Respublikası, Abşeron rayonu, Şəfəq qəsəbəsi.