Şəhid atasından, Şamaxı, Azərbaycan
Möhtərəm Prezident cənab İlham Əliyev!
Mənim oğlum Fərid Alıyev lokal xarakterli antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olmuşdur. Oğul itkisi ağır dərd olsa da, torpaqlarımızın azadlığı mənə təsəlli verir, onun qanının yerdə qalmadığını, hünərinin hədər getmədiyini görürəm.
Sizin tapşırığınız əsasında, dövlət qurumları tərəfindən şəhid ailələrinə, müharibə əlillərinə və iştirakçılarına yüksək diqqət və qayğı göstərilir.
Mən ailə üzvlərimlə birlikdə Şamaxı şəhərində yaşayıram. Yaxın müddət ərzində yolumuz asfaltlanmış və küçə sakinlərinin rahatlığı təmin olunmuşdur. Bu məqsədlə Sizə küçəmizin sakinləri və şəxsən öz adımdan dərin təşəkkürümü bildirirəm.
Allah Sizi qorusun, cənab Prezidentimiz!
Hörmətlə,
Tofiq Alıyev,
şəhid atası.
Azərbaycan Respublikası, Şamaxı şəhəri.