Südabə Təhməzovadan, Abşeron, Azərbaycan
Hörmətli cənab Prezident.
Siz Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti uğurla davam etdirməklə ölkəmizdə sabitliyi qoruyub saxladınız, respublikamızı dünyanın qalib dövlətləri sırasına qaldırdınız.
Siz ölkəmizə rəhbərlik etdiyiniz ilk gündən bu günə qədər daim Vətənimizin ərazi bütövlüyünün təmin olunmasını və onun suverenliyini düşünmüş, vətəndaşların sosial rifahının gücləndirilməsi, Azərbaycanımızın tərəqqisinin əldə olunması istiqamətində yorulmadan çalışmısınız.
Vətənimizin bütövlüyü uğrunda döyüşlərə qatılmış hər bir Vətən oğlu Sizin diqqətinizi hər addımda hiss edir. Şəhid ailələri ilə yanaşı, ümumilikdə müharibə iştirakçılarının da mənzillərlə təmin edilməsi bu diqqətin davamıdır.
Şəfəq yaşayış məntəqəsinə qəsəbə statusunun verilməsi bizi növbəti dəfə sevindirdi. Əminəm ki, qəsəbəmiz insanların rahat yaşayış yeri olmaqla yanaşı, gözəlliyi ilə qonaqların da gözünü oxşayacaq.
Ölkəmizdə şəhid ailələrinin və qazilərin sosial təminatının yaxşılaşdırılması istiqamətində davamlı şəkildə görülən tədbirlərə və həyatımızın hər bir anında qayğınızı hiss etdirdiyinizə görə Sizə təşəkkürümü bildirirəm. Bu şərəfli və müqəddəs yolda Sizə güc, qüvvət və uğurlar arzulayıram.
Hörmətlə,
Təhməzova Südabə Əlimurad qızı, şəhid ailəsinin üzvü.
Azərbaycan Respublikası, Abşeron rayonu, Şəfəq qəsəbəsi.