Şəhid atasından, Masallı, Azərbaycan
Hörmətli cənab Prezident!
Bu məktubu şəxsən Sizə bir rayon ağsaqqalı və bir şəhid atası olaraq yazmaqda məqsədim təşəkkürümü bildirməkdir.
Siz Azərbaycana rəhbərlik etdiyiniz gündən ölkəmizin problemləri ilə çox ciddi məşğul olmağa başladınız və həmin problemlərin həlli istiqamətində böyük nailiyyətlər əldə etdiniz. Ölkəmizin idarə olunması işində şəffaflıq, düzgünlük və humanistlik prinsiplərini əlinizdə rəhbər tutmusunuz. Ölkəmizdə görülən abadlıq, quruculuq işləri göz qabağındadır. Hər gün bizim rayonda da hansısa bir yeniliyin, müsbət dəyişikliyin şahidi oluruq.
Xüsusi olaraq qeyd etmək istəyirəm ki, biz şəhid ailələrinə və qazilərə olan münasibət nümunəvi sayıla bilər. Toplantılarda və dövlət tədbirlərində şəhid ailələrinə və qazilərə xüsusi diqqət yetirilir, önəm verilir. Masallıda son bir il ərzində şəhid ailələri və qazilər üçün tikilmiş fərdi yaşayış evləri yazdıqlarıma bariz nümunədir.
Cənab Prezident!
Bu işlərə görə Sizə dərin təşəkkürümü bildirirəm.
Hörmətlə,
Mürüvvət Məmmədov,
şəhid atası.
Azərbaycan Respublikası, Masallı rayonu, Öncəqala kəndi.