10 may 2024, 13:40

Sənan Hüseynzadədən, Bakı, Azərbaycan

Salam, cənab Prezident.

Ölkəmiz və xalqımız üçün gördüyünüz misilsiz işlərə görə Sizi alqışlayıram və təşəkkürümü bildirirəm.

Sizin rəhbərliyinizlə ordu quruculuğunda aparılmış böyük islahatların nəticəsidir ki, bu gün hər bir Azərbaycan vətəndaşının qürur duyduğu müzəffər Ordusu var. Azərbaycan bu gün tam suveren ölkədir.

Mən bir gənc olaraq, bütün bunlara görə Sizə öz dərin minnətdarlığımı bildirirəm.

Uca Allah Sizi və ailənizi qorusun, cənab Prezident!

Hörmətlə,

Hüseynzadə Sənan Məmmədhüseyn oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu.