10 may 2024, 14:50
Vüsal Hüseynovdan, Göyçay, Azərbaycan
Hörmətli cənab Prezident.
10 may – Ümummilli Liderimiz Heydər Əliyevin doğum günü xalqımız üçün çox əziz və əlamətdar bir gündür.
Ulu Öndərin siyasi xəttini uğurla davam etdirdiyiniz üçün Sizə çox təşəkkür edirəm. Ümummilli Liderimiz dünyada ən nadir və güclü siyasətçilərdən olub və biz bununla qürur duyuruq. O, yalnız Azərbaycan Respublikasını gücləndirməklə kifayətlənmədi, həm də ölkəmizə dahi və müdrik Lider yetişdirdi.
Mayın 10-u Azərbaycan üçün çox vacib və tarixi gündür.
Sizə bir daha təşəkkür edirəm, möhtərəm cənab Prezident.
Hörmətlə,
Hüseynov Vüsal.
Azərbaycan Respublikası, Göyçay şəhəri.