10 may 2024, 17:01
Sabit Tağıyevdən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Ümummilli Lider Heydər Əliyev unikal, güclü və praqmatik bir şəxsiyyət idi. O, öz gücü və dərin zəkası hesabına ən yüksəklərə ucalıb. Heydər Əliyev olmasa idi, müasir Azərbaycan da olmazdı.
Azərbaycanın ərazi bütövlüyünün bərpası, dövlətimizin güclü və ən əsası tam suveren olması Ulu Öndərin həyatının ən vacib amalları idi. Müasir müstəqil və tam suveren Azərbaycanın təməlini Ulu Öndər Heydər Əliyev qoyub, Siz həmin möhkəm təməllər üzərində işləri uğurla davam etdirib, ölkəmizə parlaq günlər, xalqımıza xoşbəxtlik nəsib etmisiniz.
Allah Ulu Öndər Heydər Əliyevə qəni-qəni rəhmət eləsin, Sizə güc-qüvvət və möhkəm cansağlığı versin.
Hörmətlə,
Tağıyev Sabit.
Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.