11 may 2024, 12:10

Fərmail Paşayevdən, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Siz daim mədəniyyətimizə, incəsənətimizə xüsusi diqqət və qayğı ilə yanaşmısınız. Mədəniyyət işçilərinin rifahını yaxşılaşdırmaq üçün hər zaman bizi sevindirən sərəncamlar verirsiniz.

Mədəniyyət və incəsənət xadimlərinə müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün və mükafatının verilməsi ilə bağlı 2024-cü il 9 may tarixli sərəncamlarınıza görə Sizə Gəncə Dövlət Kukla Teatrının kollektivi adından öz təşəkkürümü bildirirəm.

Hörmətlə,

Paşayev Fərmail,

Gəncə Dövlət Kukla Teatrının direktoru, Əməkdar artist.

Azərbaycan Respublikası, Gəncə şəhəri.