İlham Əsgərovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinə Prezident təqaüdünün və mükafatlarının verilməsi haqqında 2024-cü il 9 may tarixli sərəncamlarınız sənət adamlarına, o cümlədən Akademik Milli Dram Teatrında çalışan səhnə ustalarına böyük sevinc bəxş etdi. Teatrın aktrisası, Xalq artisti Laləzar Mustafayeva Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, teatrın bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, eləcə də 19 aktyor Prezident mükafatına layiq görüldü.
Mədəniyyət və incəsənət xadimlərinə göstərdiyiniz qayğıya görə Akademik Milli Dram Teatrının kollektivi adından Sizə dərin minnətdarlığımızı bildirir, möhkəm cansağlığı, qalib Azərbaycanımızın inkişafı, xalqımızın xoş gələcəyi naminə fəaliyyətinizdə davamlı uğurlar arzulayırıq.
Hörmətlə,
Əsgərov İlham, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru.
Azərbaycan Respublikası, Bakı şəhəri.