Ədalət Hacıyevdən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aparıcı incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi ilə bağlı Sərəncamınıza görə kollektivimizin üzvləri adından ən səmimi minnətdarlıq hisslərimizi bildirirəm.
Bu, Sizin mədəniyyət və incəsənət xadimlərinə növbəti qayğınızın təzahürüdür. Biz bu qayğını yüksək qiymətləndirir və hər zaman Vətənimizə xidmət etməyə hazır olduğumuzu, hər an Sizin haqq işinizi dəstəklədiyimizi, Sizin rəhbərliyinizlə mədəniyyətimizi inkişaf etdirəcəyimizi bildiririk.
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının kollektivi adından Sizə və ailə üzvlərinizə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq diləyir, ali dövləti vəzifənizdə davamlı uğurlar arzulayırıq.
Hörmətlə,
Ədalət Hacıyev, Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru.
Azərbaycan Respublikası, Bakı şəhəri.