Mərziyyə Şirinovadan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Hazırda dünyanı narahat edən qlobal problemlərdən biri də iqlim dəyişmələridir. Bu problemə qarşı mübarizədə diqqətin artırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan da lazımi işlər görür. Məhz, Sizin imzaladığınız sərəncamla 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ətraf mühitin qorunması istiqamətində əhəmiyyətli bir il olduğunu göstərir.
COP29-un Azərbaycanda uğurla keçiriləcəyinə inanırıq. Ümid edirik ki, bu tədbirdən sonra beynəlxalq aləm iqlim məsələsinə daha məsuliyyətlə yanaşacaq və mühafizəkar rolda çıxış edəcəkdir.
Cənab Prezident, Sizə minnətdarıq.
Hörmətlə,
Şirinova Mərziyyə,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşı.
Azərbaycan Respublikası, Bakı şəhəri.