Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivindən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sizin "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında" Sərəncamınız bizə - ömrünü səhnəyə həsr edən insanlara yüksək qiymətin bariz nümunəsidir. Sənət adamlarının sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədilə imzaladığınız bu Sərəncam qəlbimizdə fərəh hissi doğurur.
Səhnə fəaliyyətimizi yüksək qiymətləndirərək bizi bu mükafata layiq gördüyünüzə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Bundan sonra da yaradıcılıq fəaliyyətimizi, bütün qüvvə və bacarığımızı Azərbaycanımızın tanınması və şöhrət qazanması naminə, Azərbaycan teatrının şərəfli salnaməsinə yeni uğurlu səhifələr yazılması üçün sərf edəcəyik.
Biz qürur duyuruq ki, Ulu Öndərimiz Heydər Əliyevin incəsənət xadimlərinə böyük qayğısı bu gün də Sizin tərəfinizdən uğurla davam etdirilir. Azərbaycan sənətçisinin, Azərbaycan ziyalısının böyük xoşbəxtliyi də elə bundadır.
Bir daha yüksək diqqət və qayğı üçün Sizə sonsuz təşəkkürlərimizi bildiririk və bundan sonra daha uğurlu yaradıcılıq işlərinə imza atacağımıza söz veririk.
Dərin hörmət və minnətdarlıqla,
Əliqismət Lalayev - Azərbaycan Dövlət Akademik Misiqili Tatrının direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru,
Əzizağa Əzizov - Əməkdar artist, Prezident mükafatçısı,
Ələkbər Əliyev - Əməkdar artist, Prezident mükafatçısı,
Nərgiz Kərimova - Əməkdar artist, Prezident mükafatçısı,
Səidə Şərifəliyeva - Əməkdar artist, Prezident mükafatçısı,
Əkbər Əlizadə - Əməkdar artist, Prezident mükafatçısı,
Mehriban Zaliyeva - Prezident mükafatçısı,
Hüseyn Əlili - Prezident mükafatçısı,
Səmədzadə Xasiyev - Prezident mükafatçisi,
İradə Gözəlova - Prezident mükafatçısı.
Azərbaycan Respublikası, Bakı şəhəri.