14 may 2024, 13:41

Anar Sadıqovdan, Lənkəran, Azərbaycan

Hörmətli cənab Prezident.

Siz Ümummilli Lider Heydər Əliyevin siyasətini layiqincə davam etdirir, incəsənətin bütün sahələri kimi teatr sənətimizi də daim diqqət mərkəzində saxlayırsınız. Sizin rəhbərlik etdiyiniz dövrdə çoxəsrlik tarix və ənənəyə malik Azərbaycan mədəniyyəti daha da inkişaf etmişdir. Bu gün bütün teatr xadimləri Sizin böyük diqqətinizi, tükənməz qayğınızı hiss edir. Azərbaycanın mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün və mükafatının verilməsi haqqında imzaladığınız müvafiq Sərəncamlar bu diqqət və qayğının bariz nümunəsidir.

Cənab Prezident, səhnə fəaliyyətimizi nəzərə alaraq məni, eləcə də Xalq artisti Böyükxanım Əliyevanı, aktyor Miraslan Ağayevi fərdi təqaüdə, Xalq artisti Aynur Əhmədovanı Prezident mükafatına layiq gördüyünüz üçün Sizə Lənkəran Dövlət Dram Teatrının rəhbərliyi və kollektivi adından dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Sadıqov Anar Babalı oğlu,

Lənkəran Dövlət Dram Teatrının direktoru vəzifəsini icra edən, baş rejissor.

Azərbaycan Respublikası, Lənkəran şəhəri.