16 may 2024, 13:31
Lalə Məmməddən, Şəki, Azərbaycan
Möhtərəm Prezident.
Mən, Şəki Dövlət Dram Teatrının aktrisasıyam, Sizin 2024-cü il 9 may tarixli sərəncamınızla Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülmüşəm. Həyatımın ən xoşbəxt anlarından birini yaşadım.
Siz hər zaman mədəniyyət və incəsənət xadimlərini diqqətdə saxlayır, onların sənətini və əməyini layiqincə qiymətləndirirsiniz. Mənim sənətim də Sizin diqqətinizlə əhatə olunduğu üçün çox xoşbəxtəm.
Cənab Prezident, yaradıcılığıma verdiyiniz yüksək dəyərə, məni Prezident mükafatına layiq gördüyünüzə görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Lalə Məmməd,
Şəki Dövlət Dram Teatrının aktrisası.
Azərbaycan Respublikası, Şəki şəhəri.