Fərhad İsrafilovdan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident!
Qurduğunuz güclü ordu, yürütdüyünüz müdrik daxili və xarici siyasət sayəsində əsarət altında qalan torpaqlarımızı azad etməklə adınızı məğlubedilməz sərkərdə, Azərbaycan xalqının adını qalib xalq kimi tarixə həkk etdirdiniz. Bununla Siz böyük mədəniyyətə sahib bir xalqın ömürlük rəğbətini, ehtiramını və sevgisini qazanmısınız.
Bir incəsənət xadimi olaraq mədəniyyət və incəsənət sahəsinə verdiyiniz dəyəri, mədəniyyətimizin keşiyində duranlara göstərdiyiniz qayğını görüb-eşitdikcə qürurlanır və qəhərlənirəm. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müdrik mədəniyyət siyasətini layiqincə davam etdirir, teatr sənətimizə böyük ehtiramla yanaşırsınız. Bu gün bütün teatr xadimləri öz həyatlarında Sizin böyük diqqətinizi, tükənməz qayğınızı hiss edirlər.
Məni də bu yüksək məqama – Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq gördüyünüz üçün Sizə sonsuz minnətdarlığımı bildirir, qüdrətli ölkəmizin xoşbəxt gələcəyi üçün bütün işlərinizdə bol-bol uğurlar arzu edirəm.
Bundan sonra qalan ömrümü incəsənətimizə xidmətlə keçirəcəyəm.
Tanrı Sizi və doğmalarınızı qorusun!
Hörmət və ehtiramla,
Fərhad İsrafilov,
Əməkdar artist.
Azərbaycan Respublikası, Bakı şəhəri.