16 may 2024, 12:40

Mingəçevir Dövlət Dram Teatrının kollektivindən, Mingəçevir, Azərbaycan

Hörmətli cənab Prezident!

Müstəqilliyimizin ilk illərindən bu günümüzə qədər böyük sınaq və inkişaf yolu keçən Azərbaycanımızın bugünkü qələbələri Sizin böyük zəhmətinizin bəhrəsidir.

Bu şərəfli günlərdə bir qrup incəsənət xadiminin, o cümlədən Mingəçevir Dövlət Dram Teatrının iki əməkdaşının Prezident təqaüdünə layiq görülməsi kollektivimizin böyük sevincinə səbəb oldu.

Azərbaycanın incəsənət xadimləri göstərdiyiniz diqqət və qayğıya görə bizə olan güvənə və inama görə Sizə minnətdarıq. Biz Sizin ətrafınızda sıx birləşərək xalqın əsrlər boyu yaratdığı ənənələri, milli mədəniyyəti yaşatmağa və gələcək nəsillərə ötürməyə söz veririk.

Sizə möhkəm cansağlığı, tükənməz enerji, Vətənimizin əmin-amanlığı, bütövlüyü, inkişafı yolunda gecə-gündüz yorulmadan göstərdiyiniz fəaliyyətdə böyük uğurlar və daima yüksəliş arzu edirik.

Hörmətlə,

Mingəçevir Dövlət Dram Teatrının kollektivi

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.