18 may 2024, 13:10
Təranə Qurbanovadan, Naftalan, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin məqsədyönlü siyasətinizin məntiqi nəticəsidir ki, 44 günlük Vətən müharibəsi və uğurlu lokal antiterror tədbirləri nəticəsində ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Həmçinin Qazax rayonunun kəndlərinin qaytarılması ilə bağlı razılığın əldə olunması Sizin Azərbaycan xalqına bəxş etdiyiniz növbəti qələbə, zəfər sevincidir.
Cənab Prezident, tariximizə qızıl hərflərlə yazılan bu əlamətdar hadisələr xalqımız, o cümlədən şəhid anaları üçün qürur mənbəyidir.
Uca Allah Sizi və ailənizi qorusun.
Hörmətlə,
Qurbanova Təranə Kamil qızı,
Şəhid anası.
Azərbaycan Respublikası, Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kəndi.