Naidə İsmayılzadədən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Azərbaycan teatrının mədəni həyatımızdakı rolunun daha da artırılması üçün göstərdiyiniz diqqət və əvəzolunmaz qayğınız bir daha sübut edir ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müdrik mədəniyyət siyasətini layiqincə davam etdirir, teatr sənətimizə ehtiramla yanaşırsınız. Bu gün bütün teatr xadimləri öz həyatlarında Sizin böyük və tükənməz qayğınızı hiss edirlər. Bu diqqət və qayğının nəticəsidir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrına “milli” statusu verilib. Əminik ki, bu, uzun illərdir fəaliyyət göstərən, özünəməxsus sənət ənənələri olan 96 yaşlı teatr kollektivinin rifahının yaxşılaşmasına və yaradıcılıq fəaliyyətinə əhəmiyyətli stimul olacaqdır.
Sizin etimadınızı doğrultmaq üçün bütün kollektivimiz yeni premyeralarla mədəni xəzinəmizi zənginləşdirməyə, tamaşaçıları sevindirməyə, incəsənətimizi yüksəltməyə çalışacaq.
Möhtərəm Prezidentimiz, Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının ömrünü teatra həsr edən qocaman sənətkarları, mədəniyyətimizi gələcəyə aparan gəncləri adından Sizə təşəkkür edir, qüdrətli ölkəmizin xoşbəxt gələcəyi naminə gördüyünüz bütün işlərinizdə bol-bol uğurlar arzulayırıq.
Tanrı Sizi və doğmalarınızı qorusun.
Hörmət və ehtiram hissi ilə,
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi adından,
Naidə İsmayılzadə,
Teatrın direktoru.
Azərbaycan Respublikası, Bakı şəhəri.