21 may 2024, 15:45

Aynurə Qayıbovadan, Şirvan, Azərbaycan

Hörmətli cənab Prezident!

Təhsilin inkişafına göstərdiyiniz diqqət və qayğı onu təsdiqləyir ki, bu sahə dövlətin prioritetlərindən biridir. Təhsilin inkişafı dövlətimiz və cəmiyyətimiz üçün mühüm amildir. Çox şadıq ki, təhsil sahəsi dövlət siyasətinin mühüm prinsipləri sırasındadır.

Bu sahənin inkişafı prosesi təkcə paytaxt ilə məhdudlaşmır, bölgələri də əhatə edir. Çoxlu sayda məktəb binalarının tikilməsi, mövcud məktəblərin əsaslı təmiri və onların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülmüşdür.

Bir təhsil işçisi olaraq, Sizə minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Aynurə Qayıbova

Azərbaycan Respublikası, Şirvan şəhəri.