Aqil Bəhramlıdan, Gəncə, Azərbaycan
Hörmətli Mehriban xanım,
Ölkəmizdə digər sahələr kimi mədəniyyət sahəsi, xüsusilə incəsənətin əsas qolu olan milli teatrın inkişafı da hər zaman diqqətdə saxlanılır. Eyni zamanda Sizin təşəbbüs və dəstəyinizlə mədəniyyət xadimlərinin sosial şəraitinin yaxşılaşdırılması, yaradıcılıq imkanlarının genişləndirilməsi ilə bağlı mühüm işlər həyata keçirilir. Bu siyasətin davamı kimi ölkəmizdə teatrın inkişafına və milli teatr sənətinin nüfuzunun artırılmasına xidmət edən növbəti addım olaraq Gəncə Dövlət Dram Teatrına “milli” teatr statusu verilib.
Yeni status uzun illərdir fəaliyyət göstərən, özünəməxsus sənət ənənələri olan Gəncə Dövlət Dram Teatrında çalışan insanların maddi rifahının yaxşılaşmasına, yaradıcılıq fəaliyyətinə böyük stimul olacaqdır. Hazırda dövlət teatrlarında maddi-texniki bazanın gücləndirilməsi, habelə bu sahədə institusional və məzmun dəyişikliyi istiqamətində işlər davam etdirilir.
Teatrımıza göstərilən diqqət və qayğıya görə kollektivimiz adından Sizə dərin minnətdarlığımızı bildiririk.
Hörmətlə,
Aqil Bəhramlı
Gəncə Dövlət Milli Dram Teatrının direktoru,
Azərbaycan Respublikası, Gəncə şəhəri.