23 may 2024, 16:07
Könül Məmmədovadan, Samux, Azərbaycan
Hörmətli cənab Prezident.
Bu gün Sizin diqqət və qayğınız sayəsində Gəncə şəhəri tarixi, mədəni şöhrətini bərpa etmiş və inkişaf yolunda mühüm nailiyyətlər qazanmışdır.
Respublikamızın bütün sahələrdə əldə etdiyi uğurlar bir Azərbaycan vətəndaşı olaraq məni də çox sevindirir və qürurlandırır.
Bütün bunlar Ulu Öndər Heydər Əliyevin alternativsiz və layiqli davamçısı olaraq Sizin yorulmaz və əzmkar fəaliyyətiniz sayəsində mümkün olmuşdur.
Cənab Prezident, Sizə dərin ehtiramla təşəkkürümü və minnətdarlığımı bildirirəm.
Ulu Tanrı Sizi və xalqımızı qorusun!
Hörmətlə,
Məmmədova Könül Rasim qızı.
Azərbaycan Respublikası, Samux rayonu, Ziyadlı kəndi.