25 may 2024, 15:01

Minə İbrahimlidən, Şirvan, Azərbaycan

Hörmətli cənab Prezident!

Ölkəmizin inkişafı üçün atdığınız addımlar hamımızı qürurlandırır. Azərbaycan öz xarici siyasət kursunda, işğalçı Ermənistan istisna olmaqla, bütün qonşu dövlətlərlə qarşılıqlı hörmət, bərabərhüquqlu və faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlər qurmuşdur. Bu gün bir çox ölkələr dara düşəndə, çətinliklə üzləşəndə Azərbaycandan kömək istəyir, Odlar Yurdunun çox etibarlı tərəfdaş olduğunu bəyan edirlər.

Möhtərəm cənab Prezident, xalqımızın etimadını layiqincə doğrultduğunuza, ölkə vətəndaşlarına böyük diqqət və qayğı göstərdiyinizə görə Sizə dərin təşəkkürümü bildirirəm.

Ulu Tanrı hər zaman köməyiniz olsun!

Hörmətlə,

İbrahimli Minə İlqar qızı

Azərbaycan Respublikası, Şirvan şəhəri.