24 may 2024, 18:30

Leyla Seyidovadan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Qədim Gəncəmiz ölkəmizin qərbində ən böyük yaşayış massivi olmaqla bərabər dilbər guşədə yerləşir. “Böyük ipək yolu”nun üstündə yerləşən şəhərimiz təbiətinə görə yaşayış üçün ən əlverişli məkanlardan biridir. Qədim tarixin izlərini özündə qoruyub saxlayan Gəncəmiz Sizin diqqət və qayğınız sayənizdə baxımlı, müasir şəhər kimi qucağını qonaqlara açıb.

Şəhərdə yenidənqurma işləri mütəmadi olaraq aparıldığına görə Gəncə günü-gündən gözəlləşir. Genişmiqyaslı abadlıq, quruculuq və yenidənqurma işləri hər bir gəncəlini ürəkdən sevindirir.

Cənab Prezident, Gəncədə aparılan abadlıq və quruculuq işlərinə görə şəhərimizin sakinləri adından Sizə səmimi-qəlbdən təşəkkür edirəm.

Hörmətlə,

Seyidova Leyla Arif qızı

Azərbaycan Respublikası, Gəncə şəhəri.