Hüseynağa Mahmudovdan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident!
Qazaxın 4 kəndini müharibəsiz, öz siyasi və diplomatik gücünüzlə düşmən tapdağından azad etməyinizlə əlaqədar Sizə dərin minnətdarlığımı bildirirəm. Bu, böyük siyasi-diplomatik uğurdur.
Bundan əlavə, onlarla məhkumu əfv etməyiniz onların ailələrinin və ümumilikdə xalqın sevincidir.
Sizin gücünüz bizim gücümüzdür. Azərbaycan xalqı hazırkı iqtidarın müxalif qüvvələrdən nə qədər bacarıqlı olduğunu, kimin hansı amallara xidmət etdiyini çox yaxşı görür. Sizin nə qədər haqlı olduğunuzu dediyiniz sözlərin həyatda öz əksini tapması, xalqa verdiyiniz vədlərin yerinə yetirilməsi və gördüyünüz misilsiz işlər sübut edir.
Sizi və dövlətimizi hər zaman dəstəkləyirəm!
Hörmətlə,
Hüseynağa Mahmudov
Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu.