Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 9 fevral tarixli 437 nömrəli Fərmanı (Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 2 sentyabr tarixli 395 nömrəli Fərmanı; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 10, maddə 640 (Cild I) ilə təsdiq edilmiş “Dövlət müəssisələrinin (obyektlərinin) müqavilə əsasında idarəetməyə verilməsi haqqında Əsasnamə”nin 3.1.3-cü yarımbəndində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 14 may tarixli 581 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 423 (Cild I) ilə təsdiq edilmiş “Dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı yaradılmış səhmdar cəmiyyətlərinin və ixtisaslaşdırılmış çek investisiya fondlarının səhmdarlarının reyestrinin aparılması qaydaları haqqında” Əsasnamə”nin 5.6-cı bəndinin üçüncü abzasında “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 5, maddə 300 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə”nin 4-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. üçüncü və səkkizinci abzaslarda “verilişləri” sözü “proqramları” sözü ilə əvəz edilsin;
3.2. onuncu abzasda “verilişlərinin” sözü “proqramlarının” sözü ilə əvəz edilsin;
3.3. on altıncı abzasda “kütləvi informasiya vasitələrinin” sözləri “media subyektlərinin” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 9, maddə 539 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”nin 25-3-cü hissəsinin birinci cümləsində “kütləvi informasiya vasitələrindən” sözləri “mediadan” sözü ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 606 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 29 aprel tarixli 46 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın 17-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
5.1. 17.1-ci bəndin birinci abzasında “kütləvi informasiya vasitələri” sözləri “media subyektləri” sözləri ilə əvəz edilsin;
5.2. 17.2-ci bənddə “kütləvi informasiya” sözləri “media” sözü ilə əvəz edilsin;
5.3. 17.3-cü bənddə “kütləvi informasiya vasitələri” sözləri “media subyektləri” sözləri ilə əvəz edilsin;
5.4. 17.4-cü və 17.6-cı bəndlərin birinci abzaslarında “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 12, maddə 844 (Cild I) ilə təsdiq edilmiş “Dövlət müəssisəsini özəlləşdirmə komissiyasının fəaliyyəti haqqında Əsasnamə”nin 3.1-ci bəndinin dördüncü abzasında “kütləvi informasiya vasitələri” sözləri “media” sözü ilə əvəz edilsin.
7. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 416 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”nin 3.1.35-ci yarımbəndində “kütləvi informasiya vasitələri ilə” sözləri “media subyektləri ilə və jurnalistlərlə” sözləri ilə əvəz edilsin.
8. Azərbaycan Respublikası Prezidentinin 2001-ci 4 iyul tarixli 529 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 466 (Cild I) ilə təsdiq edilmiş “Bələdiyyə sifarişlərinin verilməsi Qaydaları”nın 10-cu hissəsinin birinci cümləsində “kütləvi informasiya vasitələri ilə” sözləri “mediada” sözü ilə əvəz edilsin.
9. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 iyul tarixli 533 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 470 (Cild I) ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”nın 2.3-cü bəndində və 6.2-ci bəndinin birinci abzasının birinci cümləsində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.
10. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 20 iyul tarixli 544 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 481 (Cild I); 2024, № 3, maddə 257) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
10.1. 7.3-cü bənddə “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin;
10.2. 7.12-ci bənddə “kütləvi informasiya vasitələri” sözləri “media subyektləri” sözləri ilə əvəz edilsin;
10.3. 9.21-ci bənddə “televiziya və radio yayımı kanallarından, digər kütləvi informasiya vasitələrindən” sözləri “mediadan” sözü ilə əvəz edilsin.
11. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 iyun tarixli 724 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 6, maddə 338 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondu haqqında Əsasnamə”nin 8-ci və 17-ci hissələrində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.
12. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 12, maddə 718 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnamə”nin 11.12-ci bəndində “kütləvi informasiya vasitələri ilə” sözləri “media subyektləri ilə və jurnalistlərlə” sözləri ilə əvəz edilsin.
13. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 9, maddə 485 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”nin 9.7-ci bəndi ləğv edilsin.
14. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 972 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 577 (Cild I) ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
14.1. 6-cı hissənin birinci abzasında “kütləvi informasiya vasitələri ilə” sözləri “mediada” sözü ilə əvəz edilsin;
14.2. 7-ci hissənin birinci abzasında “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin;
14.3. 13-cü hissənin birinci abzasının altıncı cümləsində “kütləvi informasiya vasitələrinin” sözləri “media subyektlərinin” sözləri ilə əvəz olunsun və həmin cümləyə “nümayəndələri” sözündən sonra “və jurnalistlər” sözləri əlavə edilsin.
15. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 16 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 22 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
15.1. 8.15-ci bənddə “və kütləvi informasiya vasitələrini” sözləri “, media subyektlərini və jurnalistləri” sözləri ilə əvəz edilsin;
15.2. 9.8-ci bənddən “qanunvericiliklə müəyyən edilmiş qaydada dövri mətbuat orqanı təsis etmək,” sözləri çıxarılsın.
16. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 iyul tarixli 97 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 536 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Protokolunun Əsas Qaydaları”nın 3.11-ci bəndində “kütləvi informasiya vasitələrinin” sözləri “media subyektlərinin” sözləri ilə əvəz olunsun və həmin bəndə “nümayəndələri” sözündən sonra “və jurnalistlər” sözləri əlavə edilsin.
17. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 oktyabr tarixli 138 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 10, maddə 794 (Cild I); 2024, № 3, maddə 257) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsi”nin 7.13-cü bəndində “kütləvi informasiya vasitələri” sözləri “media subyektləri, jurnalistlər” sözləri ilə əvəz edilsin.
18. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 aprel tarixli 222 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 4, maddə 297 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 8 aprel tarixli 31 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 3.1-ci bəndinin birinci cümləsində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.
19. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 4, maddə 301 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 29 aprel tarixli 46 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”nin 12.4-cü bəndindən “qanunvericiliklə müəyyən edilmiş qaydada dövri mətbuat orqanı təsis etmək,” sözləri çıxarılsın.
20. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 31 oktyabr tarixli 307 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 10, maddə 916 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi haqqında Əsasnamə”nin 10.5-ci bəndində “kütləvi informasiya vasitələrini” sözləri “media subyektlərini və jurnalistləri” sözləri ilə əvəz edilsin.
21. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1110 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
21.1. 2.1.9-cu yarımbənddə “kütləvi informasiya vasitələrinə” sözləri “mediada” sözü ilə əvəz edilsin;
21.2. 4.13-cü bənddə “kütləvi informasiya vasitələri” sözləri “media” sözü ilə əvəz edilsin.
22. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 324 (Cild I); 2024, № 1, maddə 22) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”nin 8.11-ci bəndində “verilişlərinin” sözü “proqramlarının” sözü ilə əvəz edilsin.
23. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 408 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 5, maddə 406 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”nin 11.2-ci bəndində “kütləvi informasiya vasitələri” sözləri “media subyektləri və jurnalistlər” sözləri ilə əvəz edilsin.
24. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 5, maddə 411 (Cild I); 2024, № 3, maddə 262) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 9.11-1-ci bəndində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.
25. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 7 iyun tarixli 417 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 6, maddə 494 (Cild I) ilə təsdiq edilmiş “Fövqəladə hallarda, fövqəladə və ya hərbi vəziyyət şəraitində zəruri telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin istifadəsində üstünlük hüququna malik olan və onların istifadəsini dayandıra, məhdudlaşdıra və ya rabitədən istifadə üçün xüsusi qaydalar tətbiq edə bilən səlahiyyətli dövlət hakimiyyəti orqanlarının siyahısı”nın 3-cü və 4-cü hissələrinin “Telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin növü” sütununda “teleradio” sözü “televiziya və radio” sözləri ilə əvəz edilsin.
26. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 iyun tarixli 422 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 6, maddə 499 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının beynəlxalq təşkilat yanında Daimi Nümayəndəliyi haqqında Əsasnamə”nin 11.2-ci bəndində “kütləvi informasiya vasitələri” sözləri “media subyektləri və jurnalistlər” sözləri ilə əvəz edilsin.
27. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 9 avqust tarixli 444 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 670 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 aprel tarixli 32 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 9.20-ci bəndində “verilişlərinin” sözü “proqramlarının” sözü ilə əvəz edilsin.
28. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 511 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1058 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 29 aprel tarixli 46 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti haqqında Əsasnamə”nin9.12-ci bəndində “kütləvi informasiya vasitələrinin” sözləri “media subyektlərinin” sözləri ilə əvəz edilsin.
29. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 fevral tarixli 532 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 98 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 29 aprel tarixli 48 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”nin 15.2-ci bəndində “kütləvi informasiya vasitələri” sözləri “media subyektləri və jurnalistlər” sözləri ilə əvəz edilsin.
30. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 4, maddə 326 (Cild I); 2024, № 2, maddə 155) ilə təsdiq edilmiş Əlavə 2 – “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların Siyahısı”nın 13-cü hissəsinin “Qeydiyyata alınan əmlak növləri” sütununda “efir və kabel televiziyası” sözləri “yayım və retranslyasiya xidmətləri” sözləri ilə əvəz edilsin.
31. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 6, maddə 599 (Cild I) ilə təsdiq edilmiş “Səhmdar cəmiyyətlərində dövlətə məxsus səhmlərin idarəetməyə verilməsi Qaydaları”nın 4.3-cü bəndinin beşinci abzasında, 4.4-cü və 6.2-ci bəndlərində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.
32. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 17 sentyabr tarixli 626 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 9, maddə 864 (Cild I) ilə təsdiq edilmiş “Terror əleyhinə əməliyyatları idarəetmə üzrə Əməliyyat Qərargahının fəaliyyət qaydası haqqında Əsasnamə”nin 11-ci hissəsində “kütləvi informasiya vasitələri” sözləri “media” sözü ilə əvəz edilsin.
33. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 sentyabr tarixli 628 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 9, maddə 866 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatının Əsasnaməsi”nin 12-ci hissəsinin ikinci cümləsində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.
34. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 673 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 12, maddə 1223 (Cild I) ilə təsdiq edilmiş “Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”nin 1.3-cü bəndində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.
35. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 61 (Cild I); 2024, № 3, maddə 257) ilə təsdiq edilmiş II Əlavə – “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 9.30-cu bəndindən “qanunvericiliklə müəyyən edilmiş qaydada dövri mətbuat orqanı təsis etmək,” sözləri çıxarılsın.
36. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 84 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 4, maddə 229 (Cild I) 2-ci hissəsi ləğv edilsin.
37. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 5, maddə 327 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 8.1-ci bəndində “kütləvi informasiya vasitələrinə” sözləri “media subyektlərinə və jurnalistlərə” sözləri ilə əvəz edilsin.
38. “Bir sıra kütləvi informasiya nəşrlərinin dövlət büdcəsindən maliyyələşdirilməsi mexanizminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 114 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 6, maddə 426 (Cild I) 1.1-ci bəndində “kütləvi informasiya vasitələrinə” sözləri “çap mediası subyektlərinə” sözləri ilə əvəz edilsin.
39. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 115 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 6, maddə 427 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
39.1. 8.20-ci bənddə “kütləvi informasiya vasitələrinin” sözləri “media” sözü ilə əvəz edilsin;
39.2. 9.8-ci bənddə “kütləvi informasiya vasitələri” sözləri “media subyektləri” sözləri ilə əvəz edilsin.
40. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 20 aprel tarixli 257 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 4, maddə 297 (Cild I) ilə təsdiq edilmiş “Xüsusi iqtisadi zonanın operatorunun seçilməsi üzrə müsabiqənin keçirilməsi Qaydaları”nın 2.1-ci bəndinin ikinci cümləsində “rəsmi dövlət kütləvi informasiya vasitələrində və xarici kütləvi informasiya vasitələrində” sözləri “dövlət və xarici media subyektləri vasitəsilə” sözləri ilə əvəz edilsin.
41. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 624 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 aprel tarixli 39 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”nin 3-cü hissəsində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.
42. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 12 noyabr tarixli 349 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 11, maddə 965 (Cild I) ilə təsdiq edilmiş “Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi Qaydası”nın 1.3-cü bəndində “digər kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.
43. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 90 (Cild I); 2024, № 3, maddə 254) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə”nin 3.1.14-cü yarımbəndində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.
44. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 82 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 4 aprel tarixli 28 nömrəli və 30 aprel tarixli 50 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin 3.0.42-ci yarımbəndində “kütləvi informasiya vasitələri” sözləri “media subyektləri” sözləri ilə əvəz edilsin.
45. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 542 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 aprel tarixli 32 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
45.1. 3-cü hissə üzrə:
45.1.1. 3.14-cü bənddə “Kütləvi informasiya vasitələri” sözləri “Media subyektləri, jurnalistlər” sözləri ilə əvəz edilsin;
45.1.2. 3.14.1-ci və 3.14.3-cü yarımbəndlərdə ismin müvafiq hallarında “kütləvi informasiya vasitələri” sözləri ismin müvafiq hallarında “media subyektləri, jurnalistlər” sözləri ilə əvəz edilsin;
45.2. 4-cü hissə üzrə:
45.2.1. 4.1.17-ci yarımbənddə “kütləvi informasiya vasitələrini” sözləri “media subyektlərini” sözləri ilə əvəz edilsin;
45.2.2. 4.6.13-cü yarımbənddə “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin;
45.2.3. 4.14-cü bənddə “Kütləvi informasiya vasitələri” sözləri “Media subyektləri” sözləri ilə əvəz edilsin;
45.2.4. 4.14.2-ci yarımbənddə “kütləvi informasiya vasitələrinin” sözləri “media subyektlərinin, jurnalistlərin” sözləri ilə əvəz edilsin.
46. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 iyul tarixli 680 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 7, maddə 689 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin 7.12-ci bəndində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.
47. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 858 (Cild I) ilə təsdiq edilmiş Əlavə 1 – “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”nin 3.1.8-ci yarımbəndində “kütləvi informasiya vasitələri” sözləri “mediada” sözü ilə əvəz edilsin.
48. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 oktyabr tarixli 709 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 10, maddə 948 (Cild I) ilə təsdiq edilmiş “Heydər Əliyev Mərkəzinin Əsasnaməsi”nin 4.1.9-cu yarımbəndində “kütləvi informasiya vasitələri” sözləri “media subyektləri” sözləri ilə əvəz edilsin.
49. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 167 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 480 (Cild I) ilə təsdiq edilmiş “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
49.1. 1.3-cü bənddə “kütləvi informasiya vasitələri” sözləri “media subyektləri, jurnalistlər” sözləri ilə əvəz edilsin;
49.2. 3.0.8-ci yarımbənddə “kütləvi informasiya vasitələri” sözləri “media subyektləri” sözləri ilə əvəz edilsin;
49.3. 4.4-cü bənddə “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.
50. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 534 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 5, maddə 540 (Cild I) ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sökülməsi Qaydaları”nın 3.5-ci bəndində, 3.9-cu bəndinin ikinci cümləsində və 4.3-cü bəndində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.
51. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 839 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamə”nin 4.0.10-cu yarımbəndində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.
52. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 avqust tarixli 583 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 8, maddə 912 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Nizamnaməsi”nin 7.17-ci bəndində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.
53. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 652 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1124 (Cild I) ilə təsdiq edilmiş “Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə, gənclər siyasəti sahəsində qrantlara münasibətdə isə həmçinin Azərbaycan Respublikasının Gənclər Fondu ilə razılaşdırılması Qaydası”nın 1.3-cü bəndində “kütləvi informasiya vasitələrinə” sözləri “mediaya” sözü ilə əvəz edilsin.
54. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 655 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1127 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası haqqında Əsasnamə”nin 4.8-ci bəndində “kütləvi informasiya vasitələri” sözləri “mediada” sözü ilə əvəz edilsin.
55. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 oktyabr tarixli 1351-IVQD nömrəli Qanununun tətbiqi və “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 8 fevral tarixli 277 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 20 noyabr tarixli 682 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 11, maddə 1312 (Cild I) 2-ci hissəsi ləğv edilsin.
56. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 665 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 24 aprel tarixli 43 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1.2-7-ci yarımbəndində “kütləvi informasiya vasitələri” sözləri “media subyektləri, jurnalistlər” sözləri ilə əvəz edilsin.
57. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 879 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 684 (Cild I) ilə təsdiq edilmiş “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
57.1. 2.2.6-cı yarımbənddə “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin;
57.2. 2.2.13-1-ci yarımbənddə “kütləvi informasiya vasitələri ilə” sözləri “mediada” sözü ilə əvəz edilsin.
58. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1036 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 3.6-cı bəndində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.
59. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 978 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1074 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasının Nizamnaməsi”nin 8.15-ci bəndində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.
60. “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 12 iyul tarixli 985 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 7, maddə 1256 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 29 aprel tarixli 46 nömrəli Fərmanı) 5-ci hissəsində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.
61. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 avqust tarixli 1007 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 8, maddə 1368 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsi”nin 8.14-cü bəndində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.
62. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 10, maddə 1622 (Cild I) ilə təsdiq edilmiş “Xarici ölkələrə ixrac missiyalarının və Azərbaycan ərazisinə alıcı missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı beynəlxalq sertifikat almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın 4-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:
62.1. 4.1.5-ci yarımbənddə və 4.10.2-ci yarımbəndin birinci cümləsində “kütləvi informasiya vasitələrində” sözləri “mediasında” sözü ilə əvəz edilsin;
62.2. 4.10-cu bəndin birinci abzasında və 4.11-ci bəndin birinci cümləsində “kütləvi informasiya vasitələrində” sözləri “mediasında” sözü ilə əvəz edilsin;
62.3. 4.10.1-ci yarımbənddə “kütləvi informasiya vasitələri” sözləri “media subyektləri” sözləri ilə əvəz edilsin.
63. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1820 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
63.1. 4.1-ci bəndin ikinci cümləsində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin;
63.2. 4.3-cü bəndin birinci abzasında “Kütləvi informasiya vasitələrində” sözləri “Mediada” sözü ilə əvəz edilsin.
64. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 1480 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 6, maddə 1096 (Cild I) ilə təsdiq edilmiş “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
64.1. 1.3.6-cı yarımbənddə və 4.5-ci bəndin birinci cümləsində “kütləvi informasiya vasitələri” sözləri “media” sözü ilə əvəz edilsin;
64.2. 2.4-cü bəndin birinci cümləsində “digər kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.
65. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası”nın və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 10, maddə 1794 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 20 may tarixli 64 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:
65.1. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası” üzrə:
65.1.1. 3.15-ci bənddə “kütləvi informasiya vasitələrinin” sözləri “media subyektlərinin və jurnalistlərin” sözləri ilə, “kütləvi informasiya vasitələri ilə” sözləri isə “mediada” sözü ilə əvəz edilsin;
65.1.2. 3.16-cı bənddə “kütləvi informasiya vasitələri” sözləri “media” sözü ilə əvəz edilsin;
65.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə”nin 5.9.23-cü yarımbəndində “kütləvi informasiya vasitələri” sözləri “media” sözü ilə əvəz edilsin.
66. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2020 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”nin 4.0.6-cı yarımbəndindən “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövri mətbu orqan təsis etmək,” sözləri çıxarılsın.
67. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1740 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2308 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
67.1. 1.1-ci bənddə və 3.1.3-cü yarımbənddə “kütləvi informasiya vasitələrinə” sözləri “media subyektlərinə” sözləri ilə əvəz edilsin;
67.2. 2.2.1-ci yarımbənddə “kütləvi informasiya vasitələri” sözləri “media” sözü ilə əvəz edilsin;
67.3. 2.2.3-cü yarımbənddə “kütləvi informasiya orqanları” sözləri “media subyektləri” sözləri ilə əvəz edilsin.
68. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1209 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”nin 3.1.36-cı yarımbəndində “efir və kabel televiziyası” sözləri “yayım və retranslyasiya xidmətləri” sözləri ilə əvəz edilsin.
69. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 170 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1456 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Diasporuna Dəstək Fondunun Nizamnaməsi”nin 3.1.17-ci yarımbəndində “kütləvi informasiya vasitələrinə” sözləri “media subyektlərinə” sözləri ilə əvəz edilsin.
70. “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli 323 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 11, maddə 2236 (Cild I) 1-ci hissəsində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.
71. “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2544 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
71.1. həmin Fərmanla təsdiq edilmiş “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Nizamnaməsi” üzrə:
71.1.1. 3.1.17-ci yarımbənddə “kütləvi informasiya vasitələri ilə” sözləri “mediada” sözü ilə əvəz edilsin;
71.1.2. 3.1.21-ci yarımbənddə “kütləvi informasiya vasitələri” sözləri “mediada” sözü ilə əvəz edilsin;
71.2. həmin Fərmanla təsdiq edilmiş “DOST” mərkəzlərində xidmət göstərilməsi Qaydası”nın 4.26.1-ci yarımbəndində “kütləvi informasiya vasitələri ilə” sözləri “mediada” sözü ilə əvəz edilsin.
72. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 fevral tarixli 535 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 2, maddə 234 (Cild I) ilə təsdiq edilmiş “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
72.1. 3.0.16-cı yarımbənddə “kütləvi informasiya vasitələri” sözləri “media subyektləri” sözləri ilə əvəz edilsin;
72.2. 4.0.7-ci yarımbənddə “kütləvi informasiya vasitələrini” sözləri “media subyektlərini və jurnalistləri” sözləri ilə əvəz edilsin.
73. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 may tarixli 701 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 853 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə”nin 4.0.12-ci yarımbəndində “kütləvi informasiya vasitələri ilə” sözləri “mediada” sözü ilə əvəz edilsin.
74. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 756 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1047 (Cild I) ilə təsdiq edilmiş “Uçuşların təhlükəsizliyinin təmin edilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
74.1. 5.6.2-ci yarımbənddə “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin;
74.2. 6.5.4-cü yarımbənddə “kütləvi informasiya vasitələrindən” sözləri “mediadan” sözü ilə əvəz edilsin.
75. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1954 (Cild I); 2024, № 3, maddə 257) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin 4.0.6-cı yarımbəndindən “müəyyən edilmiş qaydada dövri mətbu orqan təsis etmək,” sözləri çıxarılsın.
76. “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyəti ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 251 (Cild I); 2024, № 2, maddə 147, № 3, maddələr 259, 262; Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 29 aprel tarixli 46 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:
76.1. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə” üzrə:
76.1.1. 3.0.91-ci yarımbənddə “kütləvi informasiya vasitələrini” sözləri “media subyektlərini” sözləri ilə əvəz edilsin;
76.1.2. 4.0.13-cü yarımbənddən “müəyyən olunmuş qaydada dövri mətbu orqan təsis etmək,” sözləri çıxarılsın;
76.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti haqqında Əsasnamə” üzrə:
76.2.1. 3.0.5-ci yarımbənddə “kütləvi informasiya vasitələrini” sözləri “media subyektlərini” sözləri ilə əvəz edilsin;
76.2.2. 3.0.13-cü yarımbənddə “kütləvi informasiya vasitələrinə” sözləri “media subyektlərinə” sözləri ilə əvəz edilsin;
76.3. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti haqqında Əsasnamə”nin 3.0.33-cü yarımbəndində “kütləvi informasiya vasitələri ilə” sözləri “mediada” sözü ilə əvəz edilsin.
77. “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 5, maddə 542 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
77.1. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin 4.0.11-ci yarımbəndindən “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövri mətbu orqanın təsis edilməsi,” sözləri çıxarılsın;
77.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi” üzrə:
77.2.1. 3.0.63-cü yarımbənddə “kütləvi informasiya vasitələri ilə” sözləri “mediada” sözü ilə əvəz edilsin;
77.2.2. 4.0.12-ci yarımbənddən “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövri mətbuat orqanının təsis edilməsi,” sözləri çıxarılsın;
77.3. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsi”nin 4.0.12-ci yarımbəndindən “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövri mətbu orqanın təsis edilməsi,” sözləri çıxarılsın.
78. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 13 may tarixli 1018 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 5, maddə 543 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında vətəndaşların videoqəbulunun təşkili Qaydası”nın 2.1-ci bəndində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.
79. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 134 saylı Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 253 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının Nizamnaməsi”nin 5.9-cu bəndində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.
80. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 347 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 186 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə Təlimat”ın 79-cu hissəsində “verilişlərində” sözü “proqramlarında” sözü ilə əvəz edilsin.
81. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 yanvar tarixli 998 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 1, maddə 42 (Cild I) ilə təsdiq edilmiş “2015–2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın 5.2.4-cü və 5.2.5-ci yarımbəndlərində “verilişlərin” sözü “proqramların” sözü ilə əvəz edilsin.
82. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 oktyabr tarixli 3287 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 10, maddə 1832 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın 5.3-cü bəndinin “Tədbirlərin adı” sütununda “kütləvi informasiya vasitələri ilə” sözləri “mediada” sözü ilə və həmin bəndin “Gözlənilən nəticə” sütununda “kütləvi informasiya vasitələrinin” sözləri “medianın” sözü ilə əvəz edilsin.
83. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 avqust tarixli 431 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1765 (Cild I) ilə təsdiq edilmiş “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya haqqında Əsasnamə”nin 4.10-cu bəndində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.
84. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 oktyabr tarixli 602 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2106 (Cild I) ilə təsdiq edilmiş “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın 6.5-ci bəndinin ikinci cümləsində “kütləvi informasiya vasitələri ilə” sözləri “mediada” sözü ilə əvəz edilsin.
85. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 iyun tarixli 2073 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 723 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nda aşağıdakı dəyişikliklər edilsin:
85.1. 4.4.3-cü yarımbənddə “verilişləri” sözü “proqramları” sözü ilə əvəz edilsin;
85.2. 4.4.11-ci yarımbənddə “teleradio” sözü “televiziya və radio” sözləri ilə əvəz edilsin;
85.3. 5.1-ci bənddə “kütləvi informasiya vasitələri ilə” sözləri “media” sözü ilə əvəz edilsin.
86. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 4, maddə 339 (Cild I); 2024, № 3, maddə 257) ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planı”nın 6.9-cu bəndinin “Tədbirin adı” sütununda “Kütləvi informasiya vasitələrindən” sözləri “Mediadan” sözü ilə əvəz edilsin.
87. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 790 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 29 aprel tarixli 46 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın “7. Tədbirlər planı” hissəsinin 3.3.7-ci yarımbəndinin 3-cü abzasının “Tədbirlər və layihələr” sütununda “KİV” akronimi “media” sözü ilə əvəz edilsin.
88. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 11, maddə 1297 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 aprel tarixli 68 nömrəli Sərəncamı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planı”nın 3.1.2-ci yarımbəndinin “aralıq nəticələr” və “yekun nəticələr” sütunlarında “verilişi” sözü “proqramı” sözü ilə əvəz edilsin.
89. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 avqust tarixli 4059 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 8 (I kitab), maddə 1218 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın “8. “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Tədbirlər Planı” hissəsinin 8.4.3-cü yarımbəndinin “ilkin nəticələr” sütununda “verilişlərin” sözü “proqramların” sözü ilə əvəz edilsin.
90. “Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkəti haqqında Əsasnamənin təsdiq edilməsi barəsində” Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 25 aprel tarixli 207 nömrəli Fərmanı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1991, № 9–10, maddə 163; Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 15 oktyabr tarixli 504 nömrəli Fərmanı; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 761 (Cild I) ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 may 2024-cü il