01 iyun 2024, 12:30
Sərxan Dəmirovdan, Goranboy, Azərbaycan
Salam cənab Prezident.
Sizin və Azərbaycan xalqının birliyi sayəsində Qarabağı düşməndən azad etdik. İndi isə işğaldan azad edilmiş yerlərdə bərpa və quruculuq işləri görülür, keçmiş məcburi köçkünlər öz dədə-baba torpaqlarına qayıdırlar. Xalqımızın bu xoş günlərini görmək bir vətəndaş olaraq məni çox sevindirir.
Allah Sizdən razı olsun, cənab Prezident!
İnşallah, yaxın zamanda sülh müqaviləsinin müjdəsini verərsiniz. Ulu Tanrı köməyiniz olsun.
Hörmətlə,
Sərxan Dəmirov
Azərbaycan Respublikası, Goranboy rayonu, Göynüyən kəndi.