03 iyun 2024, 16:00

Azər Qasımovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən ictimai-siyasi fəal, Heydər Əliyev siyasətinin aktiv təbliğatçısı kimi Sizə dərin minnətdarlığımı bildirirəm. Ölkəmizin hər yerində, hər kəsə və bütün sosial şəbəkələrdə Sizi və Sizin uğurlu siyasətinizi təbliğ edirəm.

Allah Ulu Öndərimizə rəhmət etsin, Sizə və ailənizə uzun ömür versin! Yolunuz açıq olsun! Sizin yolunuz bizim yolumuzdur. Çox sağ olun ki, Azərbaycanımızı bu cür zirvələrə ucaltdınız və bütün dünyaya qüdrətimizi göstərdiniz. Sizinlə fəxr edirəm.

Ulu Tanrı yar və yardımçınız olsun!

Hörmətlə,

Qasımov Azər Ağaxan oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi.