15:56
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2025-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan...
18 dekabr 2024, 15:56Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 11-ci bəndlərini rəhbər tutaraq, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (II kitab), maddə 585 (Cild I); 2024, № 1, maddə 4; Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1099-VIQD nömrəli və 29 mart tarixli 1114-VIQD nömrəli qanunları) 15.2.1-ci maddəsində “tibbi preparatlardan” sözləri “dərman və tibb vasitələrindən” sözləri ilə əvəz edilsin.
Maddə 2. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 22, maddə 947; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 13-cü maddə üzrə:
2.1.1. adında və birinci hissəsinin birinci abzasında “Normativ-texniki sənədləri” sözləri “Texniki normativ hüquqi aktları” sözləri ilə əvəz edilsin;
2.1.2. birinci hissənin ikinci abzasında (hər iki halda) “normativ-texniki sənədləri” sözləri “texniki normativ hüquqi aktları” sözləri ilə əvəz edilsin;
2.1.3. birinci hissənin üçüncü abzasında “dərman vasitələrinə dair normativ-texniki sənədləri” sözləri “dərman və tibb vasitələrinə, habelə dərman maddələrinə dair texniki normativ hüquqi aktları” sözləri ilə əvəz edilsin;
2.2. 17-ci maddənin birinci hissəsinin üçüncü abzasında “dərman vasitələrini” sözləri “dərman və tibb vasitələrini, habelə dərman maddələrini” sözləri ilə əvəz edilsin;
2.3. 27-ci maddənin birinci hissəsinin doqquzuncu abzasında “dərman vasitələri” sözləri “dərman və tibb vasitələri, habelə dərman maddələri” sözləri ilə əvəz edilsin;
2.4. 39-cu maddənin birinci hissəsi üzrə:
2.4.1. üçüncü abzasda “normativ-texniki sənədlərin” sözləri “texniki normativ hüquqi aktların” sözləri ilə əvəz edilsin;
2.4.2. dördüncü abzasda “normativ-texniki sənəd” sözləri “texniki normativ hüquqi akt” sözləri ilə əvəz edilsin.
Maddə 3. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, № 21, maddə 590; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, (Cild I) 3-cü maddəsinin ikinci hissəsinin dördüncü abzasında “həkim reseptləri” sözləri “resept” sözü ilə əvəz edilsin.
Maddə 4. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, № 23-24, maddə 685; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 6-cı maddənin birinci hissəsinin 1-ci bəndində “Həkim reseptləri” sözləri “Resept” sözü ilə əvəz edilsin;
4.2. 12-ci maddənin birinci hissəsinin 3-cü bəndində “həkim reseptləri” sözləri “resept” sözü ilə əvəz edilsin.
Maddə 5. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 23-24, maddə 368; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, (Cild I); Azərbaycan Respublikasının 2023-cü il 19 dekabr tarixli 1056-VIQD nömrəli Qanunu) 13-cü maddəsinin 1-ci hissəsinin ikinci abzası üçüncü abzas, üçüncü abzası dördüncü abzas, dördüncü abzası yeddinci abzas hesab edilsin və həmin hissəyə aşağıdakı məzmunda ikinci, beşinci və altıncı abzaslar əlavə edilsin:
“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən reseptə yazılmış təsiredici maddə üzrə aptek təşkilatında mövcud olan dərman vasitələri və onların qiymətləri barədə aptek təşkilatının satıcısı tərəfindən istehlakçıya məlumat verilməlidir.”;
“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dərman vasitələrinin ekspertizası əsasında qablaşdırılması Azərbaycan, türk, rus, ingilis, alman, ispan, italyan, fransız və macar dillərində olan, dərman vasitələrinin sadələşdirilmiş ekspertizası əsasında isə beynəlxalq patentləşdirilməmiş adı və əmtəə nişanı adı latın və ya kiril əlifbasında olmaq şərtilə qablaşdırılması hər hansı dildə olan dərman vasitələri dövlət qeydiyyatına alınmaqla, dərman vasitələrinin dövlət reyestrinə daxil edilərək həmin dildə olan qablaşdırma ilə idxalına, satışına və istifadəsinə yol verilir.”;
“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dərman vasitəsinin Azərbaycan dilində olan istifadə təlimatı qablaşdırmanın içərisində və ya qablaşdırmanın yanında dərman vasitəsini müşayiət etmədiyi təqdirdə istehlakçının tələbi əsasında aptek təşkilatı tərəfindən kağız formasında çap edilərək ona təqdim olunur.”.
Maddə 6. “Patent haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 414 (Cild I) 23-cü maddəsinin birinci hissəsinin dördüncü abzasında “həkimin resepti” sözləri “resept” sözü ilə əvəz edilsin.
Maddə 7. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 497 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
7.1. 4-cü maddənin mətnində “tibbi texnika və dərman vasitələri” sözləri “dərman və tibb vasitələri, habelə dərman maddələri” sözləri ilə əvəz edilsin;
7.2. 11-ci maddənin dördüncü hissəsi üzrə:
7.2.1. birinci cümlədə “həkim resepti” sözləri “resept” sözü ilə, “tibbi təyinatlı texnika” sözləri “tibb vasitəsi” sözləri ilə əvəz edilsin;
7.2.2. ikinci cümlədə “tibbi təyinatlı texnikanın və məmulatların” sözləri “tibb vasitələrinin” sözləri ilə əvəz edilsin;
7.3. aşağıdakı məzmunda 36-1-ci maddə əlavə edilsin:
“Maddə 36-1. Klinik protokol
Klinik protokol həkim və ya feldşer tərəfindən hər hansı xəstəlik və ya xəstəlik əlamətləri zamanı tibbi yardım göstərilməsi ilə bağlı qərar qəbul edilməsində istifadə edilən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi qaydalar toplusudur.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) klinik protokolları hazırlayır, onların elektron bazasını yaradır və özünün rəsmi internet səhifəsində yerləşdirir.
Klinik protokollar reseptlər yazılarkən əsas götürülür.”.
Maddə 8. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 7 (Cild I); 2024, № 1, maddə 5) aşağıdakı dəyişikliklər edilsin:
8.1. 23-cü maddəsinin ikinci hissəsinə “vasitələrinin” sözündən sonra “və dərman maddələrinin” sözləri əlavə edilsin;
8.2. 32-ci maddəsinin birinci hissəsinin üçüncü abzasına “vasitələrini” sözündən sonra “və dərman maddələrini” sözləri əlavə edilsin.
Maddə 9. “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 6, maddə 413 (Cild I) 8-ci maddəsinin ikinci hissəsində “həkim resepti” sözləri “resept” sözü ilə əvəz edilsin.
Maddə 10. “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 2, maddə 55 (Cild I) 13-cü maddəsinə “vasitələri” sözündən sonra “, dərman maddələri və tibb vasitələri” sözləri əlavə edilsin.
Maddə 11. “Onkoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 656 (Cild I) 8.0.6-cı maddəsində “həkim resepti ilə” sözləri “reseptlə” sözü ilə əvəz edilsin.
Maddə 12. “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 481 (Cild I) 18.3-cü maddəsində “milli” sözü “klinik” sözü ilə əvəz edilsin.
Maddə 13. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 812 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
13.1. 29-cu maddə üzrə:
13.1.1. adında “tibbi təyinatlı texnikanın və məmulatların” sözləri “tibb vasitələrinin” sözləri ilə əvəz edilsin;
13.1.2. 29.1-ci maddə üzrə:
13.1.2.1. birinci abzasda “həkim resepti” sözləri “resept” sözü ilə, “tibbi təyinatlı texnika” sözləri “tibb vasitəsi” sözləri ilə əvəz edilsin;
13.1.2.2. ikinci abzasda “Həkim resepti” sözləri “Resept” sözü ilə, “tibbi təyinatlı texnikanın” sözləri “tibb vasitəsinin” sözləri ilə əvəz edilsin;
13.1.3. 29.2-ci maddədə “Həkim resepti” sözləri “Resept” sözü ilə əvəz edilsin;
13.1.4. 29.3-cü maddədə “Həkim resepti” sözləri “Resept” sözü ilə, “tibbi texnikadan” sözləri “tibb vasitəsindən” sözləri ilə əvəz edilsin;
13.2. 30.7-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Bu zaman reklamda bioloji fəallığa malik qida əlavəsinin adı səsləndirildikdən dərhal sonra onun dərman vasitəsi olmadığı qeyd edilməli, həmçinin bioloji fəallığa malik qida əlavəsinin əmtəə nişanı adı ilə eyni fonda, ölçüdə və şriftdə olan aydın seçilən “DƏRMAN VASİTƏSİ DEYİLDİR” sözləri görünməlidir.”.
Maddə 14. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 632 (Cild I) 19-cu maddəsində aşağıdakı dəyişikliklər edilsin:
14.1. 19.9-cu maddədə “göstərilən hal” sözləri “və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 6-2.4-cü və 9-1.12-ci maddələrində göstərilən hallar” sözləri ilə əvəz edilsin;
14.2. aşağıdakı məzmunda 19.9-2-ci və 19.9-3-cü maddələr əlavə edilsin:
“19.9-2. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 6-2.4-cü maddəsinə əsasən icazə verən orqan ərizəyə, ona əlavə edilmiş sənədlərə (məlumatlara) baxılmasının və dərman vasitələrinin sadələşdirilmiş ekspertizasının nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 11 (on bir) iş günü müddətində dərman vasitəsinin xarici (beynəlxalq) qeydiyyatını tanıyaraq dərman vasitələrinin dövlət reyestrinə daxil edir və ya imtina haqqında qərar qəbul edir.
19.9-3. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.12-ci maddəsinə əsasən icazə verən orqan ərizəyə, ona əlavə edilmiş sənədlərə (məlumatlara) baxılmasının, dərman vasitələrinin və ya dərman maddələrinin ekspertizasının nəticəsi əsasında 23 (iyirmi üç) iş günü, dərman vasitələrinin sadələşdirilmiş ekspertizasının nəticəsi əsasında isə 13 (on üç) iş günü müddətində dərman vasitələrinin idxalına icazəni və onun əlavəsini verir və ya icazənin verilməsindən imtina haqqında qərar qəbul edir.”;
14.3. 19.10-cu maddənin birinci cümləsində “, 19.9-cu və 19.9-1-ci” sözləri “və 19.9 – 19.9-3-cü” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 aprel 2024-cü il
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2025-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan...
18 dekabr 2024, 15:56Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:
1. “Şahdəniz” qaz-kondensat...
18 dekabr 2024, 15:54Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə...
18 dekabr 2024, 14:34Əlahəzrət,
Qətər Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Azərbaycan-Qətər dostluq və əməkdaşlıq...
18 dekabr 2024, 11:00Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759...
17 dekabr 2024, 17:02Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı...
17 dekabr 2024, 17:00Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq və...
17 dekabr 2024, 15:21Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 may...
16 dekabr 2024, 17:21Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...
16 dekabr 2024, 17:19Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:
“Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının...
16 dekabr 2024, 17:17