Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm İlham Heydər oğlu.
Xahiş edirəm, Müstəqillik Günü münasibətilə təbriklərimi qəbul edin.
Ümumhəmkarlar İttifaqları Konfederasiyası Azərbaycanın həmkarlar ittifaqları ilə dostluq və tərəfdaşlıq münasibətlərinə böyük əhəmiyyət verir.
Sizə ali dövləti fəaliyyətinizdə səmimi-qəlbdən uğurlar, Azərbaycanın bütün vətəndaşlarına isə rifah və əmin-amanlıq arzulayıram.
Hörmətlə,
Viktor Pinski
Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının komissiya sədri, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının Baş katibi