03 iyun 2024, 19:32

Nəbi Nəsirovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən polis təqaüdçüsü, müharibə veteranıyam. Bu gün Sizin tapşırığınız və bilavasitə nəzarətinizlə dövlətimiz tərəfindən müharibə iştirakçılarına, qazilərə xüsusi diqqət və qayğı göstərilir. Sizə sonsuz minnətdarlığımızı bildiririk.

Cənab Prezident, biz müharibə iştirakçıları və qazilər hər zaman Sizin döyüşən əsgərlərinizik. Allah Sizi və xalqımızı qorusun!

Hörmətlə,

Nəsirov Nəbi Mustafa oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, Yeni Müşfiq qəsəbəsi.