04 iyun 2024, 20:00

Şəhid ailəsinin üzvündən, Bakı, Azərbaycan

Cənab Prezident, hörmətli Ali Baş Komandan!

Mənim atam – polis serjantı Behbudov Vaqif Yusif oğlu Xocalının müdafiəsi zamanı xidməti borcunu yerinə yetirərkən şəhid olmuşdur. Biz şəhid ailələrinin üzvləri hər zaman Sizin və dövlətimizin qayğısı ilə əhatələnmişik.

Cənab Ali Baş Komandan, autizm xəstəliyindən əziyyət çəkən övladıma edilən köməkliyə görə Sizə minnətdarlığımı bildirirəm.

Allah Ulu Öndər Heydər Əliyevə rəhmət eləsin, Sizə uzun ömür, möhkəm cansağlığı nəsib etsin. Amin!

Hörmətlə,

Vaqif Behbudov,

şəhid ailəsinin üzvü.

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi.