07 iyun 2024, 12:00

Bıçaqçı kənd sakinləri adından, Zərdab, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu gün ölkəmizdəki inkişaf bütün Azərbaycan xalqını məmnun edir. Çünki bu inkişafdan bəhrələnməyən, onun xeyrini duymayan yoxdur. Hər yerdə salınan hamar asfalt yollar, müasir elektrik, internet və su xətləri, yaşıllıqlar kimi bütün xidmətlər hamısı xalq üçündür. Xüsusilə də şəhidlərimizin qanı, canı və Sizin misilsiz şücaətləriniz nəticəsində işğaldan azad etdiyiniz müqəddəs Qarabağımız bizim üçün ən böyük hədiyyədir və ya qayğıdır desək yanılmarıq. Məhz bu cür müdrik siyasətiniz, qazandığınız məhəbbət 2024-cü il fevralın 7-də xalqın Sizi özünə yenidən Prezident seçməsi ilə nəticələndi. Allah Sizə yar və yardımçı olsun ki, bu çətin dünyada ölkəmizi bundan da güclü inkişaf etdirəsiniz. Biz azərbaycanlılar da Sizin arxanızda əzmlə duraq. Allah Sizə daim sağlam, enerjili, cəsarətli bir həyat bəxş etsin. Siz də bizi bu cür rahat, firavan bir şəkildə yaşadasınız.

Cənab Prezident, Sizə bu məktubu ünvanlamaqda məqsədimiz həm görülən işlərə görə təşəkkürümüzü bildirmək, həm də dəstəyimizi ifadə etməkdir. Sizin rəhbərliyiniz dövründə bizim rayonda da hər şey müsbət istiqamətdə cərəyan etmiş, əhalinin güzəranı daha da yaxşılaşmış, bir çox neqativ hallar aradan qaldırılmışdır.

Siz qətiyyətli olduğunuz qədər də, qayğıkeş və humanist bir rəhbərsiniz.

Çox sağ olun, cənab Prezident.

Bıçaqçı kənd sakinləri adından hörmətlə,

Həsənov Qalib Məhəmməd oğlu,

Yusifova Elnarə Yahya qızı,

Həsənova Həqiqət Mərdan qızı,

İbrahimov Beydi Beydulla oğlu,

Şıxməmmədov Rövşən Vəzir oğlu (25 nəfər).

Azərbaycan Respublikası, Zərdab rayonu, Bıçaqçı kəndi.