08 iyun 2024, 15:22

Fuad Kazımovdan, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident!

İyunun 6-da imzaladığınız "Yüksəkixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında əmək fəaliyyətinə cəlb edilməsi ilə bağlı tədbirlər haqqında" Sərəncama görə Sizə minnətdarlığımı bildirir, qüdrətli Azərbaycanın xoşbəxt gələcəyi naminə gördüyünüz bütün işlərinizdə bol-bol uğurlar arzulayıram.

Sizin ölkəmizə rəhbərliyiniz dövründə Azərbaycanda idarəetmə sahəsində işlər daha da təkmilləşdirilmiş, uğurlu kadr islahatları həyata keçirilmiş, vətəndaşlara göstərilən xidmət səviyyəsi yüksəlmişdir. Bu işlərin xeyrini ən çox görən biz vətəndaşlarıq.

Uca Rəbbim Sizi və doğmalarınızı qorusun.

Hörmət və ehtiram hissi ilə,

Fuad Kazımov,

Sumqayıt Dövlət Dram Teatrının quruluşçu rejissoru.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.